Sumqayıtın fotoları sərgiləndi - FOTOLAR

img

18-03-2014 [10:33]


Sərgi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Sumqayıt fotolarda” layihəsi çərçivəsində baş tutub.

Azərbaycan Prezidenti yanında Gənclər Fondununun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində "Sumqayıt fotolarda” adlı layihəsi çərçivəsində foto sərgi keçirilib. Sərgidə  Sumqayıt şəhərinin müxtəlif yerlərində çəkilmiş 10-a yaxın gənc  fotoqrafın 30-dan yuxarı fotosu nümayiş olunub. Sərginin açılışında çıxış edən layihənin rəhbəri Aysel Abdullazadə  bildirib ki, Sumqayıt təkcə gənclər və sənaye şəhəri kimi yox, həm də gözəl, gəzməli, görməli yerləri olan, turizm cəhətdən perspektivli şəhər kimi tanınıb. Layihə rəhbəri Sumqayıtın görməli yerlərinin və maraqlı  fotolarının sərgilənmədiyini də iştirakçıların diqqətinə çatdırıb. A. Abdullazadə layihənin əsas məqsədinin,  turizm zonasının inkişafı və gəncləri foto sənətinə maraqlandırmaq olduğunu qeyd edib.  Layihə rəhbəri  sərginin reallaşdırılmasına dəstək verdiyinə görə Azərbaycan Prezidenti yanında Gənclər Fonduna təşəkkür edib.

Sərgidə fotoları nümayiş olunan gənc fotoqraflardan Ömürtay Şükürlü, Zeynal Məmmədli, Nurlan Babazadə, Azad Əzizov, Xalid Əliyev və Türkan Heydərova çıxış edərək layihənin həyata keçirilməsində əməyi keçənlərə təşəkkürlərini bildiriblər və sərgidə iştiraklarından məmnunluqlarını ifadə ediblər. Digər çıxış edənlər də layihənin əhəmiyyətindən danışıblar.

Sonra gənclərin və tələbələrin qatıldığı sərgiyə baxış keçirilib. Layihə çərçivəsində hazırlanmış papaq, köynək, buklet və qələmlər tədbir iştirakçılarına paylanıb.

Sonda iştirakçılar arasında "Ən yaxşı foto”nun müəyyən olunması üçün sorğu keçirilib. Sorgunun nəticələrinə görə qalib olan 3 fotoqrafa çəkdikləri fotolar hədiyyə edilib.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA