Ukrayna ordusu daha bir şəhəri geri aldı, Kiyevdə isə... - Rusiyanın itkiləri açıqlandı, Zelenski yeni mesaj verdi
28-02-2022 [09:34]
“Ukrayna silahlı qüvvələri gün ərzində yaşayış məntəqəsini zəbt etməyə cəhd edən rus qoşunlarını Donetsk vilayətinin Volnovaxa şəhərindən çıxarıb. Mariupol şəhəri müdafiəni davam etdirir, Zaporojye vilayətində Berdyansk müvəqqəti olaraq düşmənin nəzarətinə keçib”.
Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.
"Düşmən bu gün (dünən-red) Volnovaxanı işğal edib, səylərini əsas zərbənin endirilən yerində cəmləyib, lakin Ukrayna Silahlı Qüvvələrinin əks-həmləsi sayəsində Volnovaxa geri alınıb. Və bizim qoşunlarımız indi oradadır. Onlar Volnovaxanın cənubunda problemləri lokallaşdırırlar. Mariupol tab gətirir, problem yoxdur", - o deyib.
O, həmçinin Zaporojye vilayətinin Berdyansk şəhərinin Rusiyanın nəzarətinə keçməsi ilə bağlı vəziyyəti izah ediblər.
"Berdyansk düşmən tərəfindən işğal olunub, orada bizim qoşunlarımız yox idi. Şəhəri Melitopoldan Mariupola doğru hərəkət edən silahlı qruplaşma ələ keçirib. İndi oradadırlar"/Report.
Kiyevin müdafiə komandiri, general-polkovnik Aleksandr Sirski də şəhərdəki son vəziyyəti açıqlayıb.
O bildirib ki, Rusiya qoşunlarının Kiyevin müdafiəsini yarmaq cəhdləri davam edir: "Qarşı tərəfin bütün hərəkətləri nəzarət altındadır, vaxtında qərarlar qəbul edilib. Paytaxtda durum nəzarət altındadır. Rusiyanın bütün cəhdləri uğursuz olub, texnikaları məhv edilib. Rusiya ciddi itkilər verib, qoşunu demorilizə olunub. Biz göstərdik ki, evimizi çağırılmamış qonaqlardan müdafiə edə bilirik”.
Bu arada Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışıb.
Mia.az xəbər verir ki, Zelenski danışıqlarda qarşıdakı 24 saatın Ukrayna üçün kritik olacağını bəyan edib
Conson Zelenskiyə zəmanət verib ki, Böyük Britaniya və müttəfiqləri müdafiə yardımının Ukraynaya çatması üçün əllərindən gələni edəcəklər. Conson onu da əlavə edib ki, ölkəsi Ukraynaya əlavə 40 milyon funt-sterlinq köçürəcək. Bu pul ukraynalılar üçün tibbi ləvazimatlara yönəldiləcək.
Ukrayna Müdafiə Nazirliyindən isə bildirilib ki, Rusiyanın hərbi və mülki obyektlərə hava hücumları davam edib: “Beynəlxalq humanitar hüququ pozan işğalçılar Ukraynanın Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər. Bütün hallarda Rusiyanın hərbi əməliyyatlarla bağlı cəhdləri uğursuz olub”.
Nazirliyin informasiyasına görə, fevralın 28-də Ukrayna ordusunun artilleriya atəşi nəticəsində Rusiyanın hərbi texnika və canlı qüvvəsindən ibarət 5 karvan məhv edilib: “Düşəmən demoraliza olunub və böyük itkilər verir. Onlar arasında fərarilik və tabesizlik halları artıb. İşğalçılar bizdən qorxur. Ukraynanın müdafiəsi gücləndirilib”.
Nazirlik eyni zamanda fevralın 24-dən 28-dək Rusiyanın verdiyi itkiləri də açıqlayıb. Qeyd olunub ki, hesabat dövründə Rusiya 29 hərbi təyyarə, 29 helikopter, 191 tank, 816 zirehli texnika, 74 döyüş topu, 1 “BUK” zenikt-raket kompleksi, 291 avtomobil, 2 gəmi/qayıq, 5 300 canlı qüvvə itirib.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi