17-03-2014 [13:22]
Xalqımızın ən əziz bayramlarından
olan Novruz Bayramı Azərbaycanda çox böyük təmtəraqla keçirilir. Bu
işlər paytaxtımızın paytaxtı sayılan Səbail rayonunda da geniş şəkildə qeyd
olunur. Əlamətdar bayramın rayonda təntənəli və yaddaqalan olması ilə bağlı RİH
tərəfindən müvafiq tədbirlər planı hazırlanmış və onun icrası müvəffəqiyyətlə
həyata keçirilir.
Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən
qəsəbələrdə, istirahət parkları, həyətlər, küçələrdə təmizlik işləri, hər yerdə
göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil
müəssisələrində baharın gəlişinə həsr olunmuş tədbirlər, rayonun qəsəbə mədəniyyət evləri, digər mədəniyyət ocaqlarında
bayram tamaşaları hazırlanmışdır.
Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan
şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı
diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama tədarük
işlərində Səbail rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və
təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq belə xoş məramlı tədbirlərdə yaxından iştirak
edən iş adamları, ayrı-ayrı xeyriyyəçilərin könüllü ianələri hesabına əziz
bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri
ərzaqlardan ibarət bağlamalar təşkil
olunmuşdur.
Novruz bayramı tədbirləri çərçivəsində rayonda keçirilən tədbirlərdən
biri Bayıl yaşayış sahəsindəki «Bakı gecələri» restoranında Qarabağ əlilləri,
müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və
Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai
Birliyi, Qızıl Aypara, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti,
Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin rayon şöbələrinin
rəhbərləri və üzvləri, yataq xəstələrinə xidmət göstərən sosial xidmət
işçiləri, rayon bələdiyyələrinin nümayəndələri, həmçinin tədbirin təşkilati
işlərində yaxından iştirak etmiş idarə və təşkilatların, iş adamlarının,
xeyriyyəçilərin nümayəndələrinin iştirakı və Səbail rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə keçirilmişdir.
Səbail rayon İcra
Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını salamlayaraq, onları sevimli Novruz Bayramı
münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək
göstərilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulamışdır. O, bayramla bağlı
rayonda görülən işlər barədə məlumat verərək bildirilmişdir ki, hazırda rayon
rəhbərliyi və ictimaiyyətin nümayəndələri cəbhə bölgəsində, düşmənlə birbaşa
təmas xəttində xidmət edən əsgərlərimizin qonağıdır və onların bayramlarını
təbrik etmək üçün xeyli sovqat aparmış və böyük konsert proqramı təşkil
etmişlər.
Əziz bayramla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə
rayonun idarə, təşkilat, müəssisə, bir sıra iş adamlarının, xeyriyyəçilərin,
bələdəiyyələrin dəstəyi hesabına alınmış ərzaq bağlamaları ilk növbədə yardıma
ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən yataqxanada kompakt məskunlaşmış məcburi
köçkün ailələri, tənha, kimsəsiz və s.
aztəminatlı ailələrin üzvləri üçün nəzərdə tutulub və təşkilatçıların
nümayəndələrinin iştirakı ilə növbəti 2 gün ərzində ümumilikdə 5000-dən çox ailəyə təqdim
olunacaqdır.
Yavər Allahverdiyev Novruz ərəfəsində xalqımıza qədimdən xas olan
xeyirhaqlıq keyfiyyətlərini rəhbər tutan rayonun iş adamları və xeyriyyəçilərin
aztəminatlı ailələrin ehtiyaclarına ənənəvi olaraq yardımçı olduqlarını xüsusi
olaraq qeyd etmiş, bildirmişdir ki, bayram tədbirləri rayonun qəsəbələri,
yaşayış sahələri və rayonda yerləşən hərbi hissələrdə də keçiriləcəkdir.
Tədbirdə çıxış edən iş
adamları, ictimai birliklərin, Veteran və Ağsaqqallar Şuralarının rəhbərləri,
məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibəti ilə göstərilən
yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını
bildirmişlər.
Novruz Bayramı münasibəti ilə rayonun Badamdar və Bibiheybət
qəsəbələrində qəsəbə Mədəniyyət evləri və tanınmış incəsənət xadimlərinin
iştirakı ilə sakinlər və qəsəbələrdəki hərbi hissələrin şəxsi heyəti üçün əyləncəli
bayram tədbirlərinin keçirilməsi nəzərdə
tutulmuşdur.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi