UKRAYNANIN BU ŞƏHƏRLƏRİNDƏ ŞİDDƏTLİ DÖYÜŞ GEDİR - Xarkovda hərbi hissəyə girmək istəyən rus kəşfiyyat qrupu ələ keçirilib (FOTO)
26-02-2022 [23:05]
Ukrayna və Rusiya Silahlı Qüvvələri arasında Vışqorod rayonunda, Qostomel və Vasilkov şəhərlərində ağır döyüşlər gedir.
Bu barədə “UNIAN”a Kiyev Regional Dövlət Administrasiyasından məlumat verilib.
Qeyd olunub ki, Qostomeldə ağır döyüşlər gedir, əraziyə çoxlu texnika toplanıb.
Vasilkovda aerodrom uğrunda atışma gedir, Vışqorod rayonunda çoxlu hərbi texnika yığılması qeydə alınıb.
Deputatı Fyodor Venislavski qeyd edib ki, Balakleya, Melitopol və Mariupol yaxınlığında da atəş səsləri eşidilir: “Silahlı Qüvvələrimiz layiqli cavab verir, düşmən çox ciddi itkilər verib. Bizdə məlumat var ki, düşmən Berdyansk, Melitopol tərəfdən Mariupola daxil olmağa çalışır. Və orada əhəmiyyətli qüvvələr var. Krımdan daima əlavə qüvvələr hərəkət edir”.
Bu arada bəlli olub ki, Ukraynanın Xarkov şəhərində Milli Qvardiya hərbi hissələrdən birinin ərazisinə daxil olmağa çalışan Rusiyanın kəşfiyyat qrupunu ələ keçirib.
Ukrayna Milli Qvardiyasının mətbuat xidmətinin məlumatına görə, onların əllərində atıcı silahlar, snayper tüfəngləri, havadan atəş açmaq üçün pilotsuz təyyarələr, əl və tüstü qumbaraları, patronlar, taktiki avadanlıqlar, pul və sənədlər olub.
Kəşfiyyatçılarda o cümlədən Rusiyanın Voloqda vilayətinin Rusiya Qvardiyasının “Vımpel” OMON-unun “Sənəd - 2022” əməliyyat-strateji təlimlərində iştirak edən şəxsi heyətinin siyahısı olub.
Mia.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri komandanlığı Rusiyanın son gündəki itkilərini də açıqlayıb.
Bildirilib ki, Rusiya tərəfi gün ərzində azı 11 müxtəlif tipli helikopter, üç Su-30SM qırıcısı, 2 Su-25 hücum təyyarəsi və İL-76MD hərbi maşınını itirib: "Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24M bombardmançı təyyarəsi 20 hərbi texnikadan ibarət karvanı məhv edib. Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri “Bayraktar” PUA-sından istifadə edir”.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi