RUSİYANIN BİR TRİLYONLİQ AKTİVİ BLOKLANDI, TİCARƏTİNƏ QADAĞA QOYULDU, YANACAQ İSƏ... - Bayden yeni həmlələri açıqladı, Putinə mesaj verdi
24-02-2022 [23:17]
Rusiya Mərkəzi Bankının bir trilyon dollarlıq aktivləri bloklanıb.
Mia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden Böyük Yeddilik ölkələrinin görüşündən sonra açıqlama verib.
Baydenin sözlərinə görə, Putin müharibəni seçib və onun nəticələrini görəcək: "Mən güclü sanksiyalar və yeni məhdudiyyətlər tətbiq etdim. Biz bu sanksiyaları xüsusi olaraq tərtib etmişik ki, onların uzunmüddətli təsirləri olsun. G7 liderləri ilə danışdım və hamımız razılaşdıq. Biz Rusiyanın dollar, funt sterlinq və ien ilə ticarət etməsinə mane olacağıq. Artıq Rusiyanın fond bazarı dəyərinin 50 faizini itirib. İndi biz Rusiya Mərkəzi Bankını və 1 trilyon dollarlıq aktivləri bloklayırıq. Biz onun ən böyük banklarının mövcudluğunu dondururuq. Daha 4 bankı blokladıq və onların ABŞ-dakı bütün aktivləri dondurulacaq.
Bütün bunlar həm də Rusiyanın yüksək texnologiya sektoruna, eləcə də kosmik proqramına zərbə vuracaq. Təxminlərimizə görə, biz Rusiyaya yüksək texnologiyalı idxalın yarıdan çoxunu kəsəcəyik. Bu, onların təyyarələri modernləşdirməyi davam etmək qabiliyyətinə zərbə vuracaq. Bu, onların iqtisadi sahədə rəqabət qabiliyyətini azaldacaq. ABŞ hökuməti, lazım gələrsə, yanacağın qiymətini aşağı salmaq üçün nefti ehtiyatlardan çıxarmağa hazırdır".
Bayden ABŞ enerji şirkətlərini beynəlxalq gərginlik qarşısında qiymət artımına qarşı xəbərdar edib.
ABŞ prezidenti bir daha təkrar edib ki, amerikalı hərbi qüvvələr Ukraynada Rusiya ilə münaqişəyə cəlb edilməyəcək: "Bizim hərbi qüvvələrimiz Avropaya Ukraynada döyüşmək üçün deyil, NATO müttəfiqlərini qorumaq və şərq cinahdakı müttəfiqlərimizi dəstəkləmək üçün göndərilib".
O, Putinlə danışmaq fikrində olmadığını da dilə gətirib: "Əksinə, Putinə qarşı sanskiyalar tətbiq etməyə hazırıq".
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi