Britaniya Parlamentinin 12 üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib
23-02-2022 [13:19]
Böyük Britaniya Parlamentinin 12 üzvü Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar birgə bəyanatla çıxış edib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən verilən məlumata görə, parlamentarilər qətliamın 30-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına, xüsusilə də faciə nəticəsində yaxınlarını itirənlərə başsağlığı vermiş, Azərbaycan xalqı ilə həmrəylik ifadə edib.
“Müharibənin gedişində ən irimiqyaslı mülki itkilərlə səciyyələnmiş Xocalı qətliamı parlamentarilər tərəfindən Azərbaycanın yaxın tarixinin ən faciəvi səhifələrindən biri kimi xarakterizə edilib. Parlamentarilər, həmçinin Avropa İnsan Haqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli, Xocalıda baş verənləri hərbi cinayət və bəşəriyyətə qarşı cinayət kimi xarakterizə edən qərarını xatırlayıblar. Bu kontekstdə gələcəkdə belə faciələrin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüququn möhkəmləndirilməsi zərurəti vurğulanıb.
Britaniyalı parlamentarilər, həmçinin münaqişənin yekunlaşmasını alqışlayaraq, regionda maraqlı bütün tərəflərin iştirakı ilə aparılan danışıqların Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasına gətirib çıxaracağına ümidvar olduqlarını qeyd ediblər.
Bununla yanaşı, post-münaqişə mərhələsində bir sıra çağırışların, o cümlədən ərazilərin minalardan təmizlənməsi, komunikasiya-nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin delimitasiya və demarkasiyası kimi çağırışların mövcud olduğu qeyd edilib, bu çağırışların həlli, xüsusilə də ərazilərin minalardan təmizlənməsi istiqamətində Birləşmiş Krallıq hökumətinə çağırış edilib.
Xatırlatmaq istərdik ki, birgə bəyanat indiyə qədər Böyük Britaniya parlamentarilərinin Xocalı faciəsinə dair qəbul etdiyi ilk birgə təşəbbüsdür. Təşəbbüsə Parlamentin İcmalar Palatasının üzvləri Bob Blekmen, Deyvid Duquid, Bob Sili, Metyu Offord, Dan Poulter, Lordlar Palatasının üzvləri Lord Rizbi, Lord Sheikh, Lord Kilkluni, Lord Hussain, Lord Evans, Baronessa Manzoor və Lord Flayt qoşulub. Bundan əvvəl 2017-ci ildə isə Şotlandiya regional parlamentində Xocalı faciəsinə dair irəli sürülmüş qanunvericilik təşəbbüsü regional parlamentin əksər üzvləri tərəfindən dəstəklənib.
Böyük Britaniya Parlamentinin Azərbaycan Qrupunun 22 fevral 2022-ci il tarixində keçirilmiş iclasında da Xocalı faciəsinin 30-cu ildönümü müzakirə edilmiş, iclasda iştirak edən parlamentarilər tərəfindən Xocalı qətliamı ilə bağlı bir daha Azərbaycan xalqı ilə həmrəylik ifadə edib”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi