Sahibə Qafarova Moldova Parlamentinin sədri görüşüb - Nələr müzakirə olunub? (FOTOLAR)
22-02-2022 [17:10]
Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb.
Mia.az Milli Məclisə istinadla bildirir ki, Moldova parlamentinin sədrini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova qonağın Azərbaycana ilk rəsmi səfərinin uğurlu olacağına inamını ifadə edib.
Milli Məclisin sədri iki ölkənin müstəqillik yolu və tarixinə nəzər salaraq, müstəqillik dövründə Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın fəaliyyətindən, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb.
Sahibə Qafarova ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçılarının və hökumət rəsmilərinin qarşılıqlı səfərləri zamanı imzalanan sənədlərin əhəmiyyətindən danışıb, bu sənədlərin əhatə dairəsinin genişləndirilməsi üçün daha böyük potensialın olduğunu vurğulayıb. Milli Məclisin sədri bildirib ki, Azərbaycan regionun lider dövləti kimi Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müstəqil siyasət həyata keçirir.
Moldovanın Avropa İttifaqı ölkələri ilə sərhəddə yerləşən dövlət olduğunu qeyd edən Sahibə Qafarova Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri barədə danışıb. Diqqətə çatdırıb ki, Avropa İttifaqı ilə münasibətlərin inkişafı bizim xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir. Hazırda ölkəmizlə bu qurum arasında yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar son mərhələdədir.
Görüş zamanı Milli Məclisin sədri Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, qarşılıqlı parlamentlərarası dostluq qruplarının fəaliyyətini xüsusi qeyd edib.
Spiker bildirib ki, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız uğurla davam edir və bu qurumlarda deputatlarımız bir-birinə qarşılıqlı dəstək verirlər.
Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə geniş məlumat verib. Diqqətə çatdırıb ki, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra bölgədə yeni reallıqlar yaranıb. Azərbaycan Ermənistanın 30 illik işğalına son qoyaraq ərazi bütövlüyünü bərpa edib. O, qeyd edib ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı şəhər və rayonlarımızda şəhərləri, kəndləri, xalqımıza məxsus tarixi, mədəni abidələri, məscidləri dağıdıb, talan edib. Həmin ərazilər sözün həqiqi mənasında Xirosimanı xatırladır.
Spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə danışaraq qeyd edib ki, münaqişə artıq keçmişdə qalıb. İndi ölkəmiz bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə lazımi addımlar atır. Qısa müddət ərzində çox böyük həcmli işlər görülüb, yeni nəqliyyat infrastrukturu yaradılıb, Füzulidə beynəlxalq hava limanı fəaliyyətə başlayıb. O, Moldova parlament sədrinin başçılıq etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərimizə səfər edəcəyini xatırladaraq, qeyd edib ki, nümayəndə heyəti səfər zamanı həm Ermənistanın işğalçılıq siyasətinin faciəvi nəticələrini, həm də Azərbaycan tərəfindən həyata keçirilən böyük quruculuq və yenidənqurma işlərini öz gözləri ilə görəcək. Söhbət zamanı Milli Məclisin sədri Qarabağın tezliklə Azərbaycanın ən çiçəklənən guşələrindən birinə çevriləcəyinə əminliyini ifadə edib.
Görüşdə Moldova Parlamentinin sədri İqor Qrosu ölkəmizə səfərə dəvətə görə, spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib. Qonaq ötən il Afinada Avropa Parlament Sədrlərinin Konfransı çərçivəsində Milli Məclisin sədri ilə görüşünü xatırlayaraq Moldovanın Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30 ili tamam olur və bu amil münasibətlərimizdə yeni yüksəliş üçün yaxşı platformadır.
O, ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcəyini vurğulayıb. İqor Qrosu ölkəmizin işğaldan azad olunmuş ərazilərimizdə apardığı bərpa və quruculuq işləri barədə məlumatlı olduğunu vurğulayaraq, həmin ərazilərə nəzərdə tutulan səfərin həyata keçirilən layihələrlə tanış olmaq üçün yaxşı imkan yaradacağını bildirib. Moldova parlamentinin sədri həmçinin Azərbaycanın qlobal pandemiyaya qarşı mübarizədə ölkəsinə göstərdiyi yardıma görə minnətdarlığını ifadə edib.
İqor Qrosu ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb, Moldovadakı Azərbaycan diasporunun fəallığını təqdir edib. Bildirib ki, Moldova Avropa İttifaqı sərhədində yerləşən dövlət kimi əlverişli mövqeyə malikdir və ölkədə birgə layihələri reallaşdırmaq üçün yaxşı imkanlar var.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi