16-03-2014 [23:47]
"Azadlıq” qəzetinin məlumatına görə, partiya lideri "Facebook” səhifəsində bu məsələnin Azərbaycana birbaşa aidiyyəti olduğunu vurğulayıb: "Əvvəla, vəziyyət 2 həftə bundan əvvəlki ilə müqayisədə xeyli aydın və müsbətdir. Belə ki, Rusiya hökuməti martın 1-də parlamentdən ordunu Ukraynaya yeritmək icazəsi alanda maksimalist planlar qururdu - Yanukoviçin hakimiyyətini Ukraynada zorla bərpa etməyi və ya cənub-şərq vilayətlərini Ukraynadan qoparmağı planlaşdırırdı. Lakin Qərbin birmənalı mövqeyi və Ukraynanın yeni hökumətinin öz hakimiyyətini ölkənin cənub-şərqində sürətlə möhkəmlətməsi Rusiyanı daha böyük iddialardan geri çəkilməyə məcbur etdi. İndi Rusiya minimum proqramla hərəkət edir. Özü birbaşa müharibəyə girmədən, Krımda yaşayan rusların əli ilə, separatizmi dəstəkləməklə Krımı Ukraynadan qoparmaq istəyir.
Əvvəlcədən də gözlənildiyi kimi, Rusiya bu münaqişədə itirə-itirə məğlubiyyətə gedir. Onu qeyd etdik ki, artıq Rusiyanın Ukraynanı öz nəzarətinə keçirməsi mümkün deyil. Krımın bu şəkildə Ukraynadan qoparılması isə Ukraynanı əbədi itirməklə, bu xalqın nifrətini qazanmaqla müqayisədə çox xırda təsəllidir. Üstəlik, bu xırda "qənimət”ə görə Rusiyanı ciddi sanksiyalar, siyasi təcrid və iqtisadi böhran gözləyir.
Rusiya mədəni elitası və demokratik müxalifəti bu ağır sınaqlardan üzüağ çıxmaqdadır. Rusiya cəmiyyəti nümayiş etdirir ki, rus xalqı daha yaxşı hökumətə haqq edir. Onlar imkanları daxilində hakimiyyətin yanlış siyasətinə müqavimət göstərir, Ukrayna ilə müharibəyə qarşı olduqlarını, ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqa sədaqətlərini nümayiş etdirirlər.
AXCP və Milli Şura olaraq Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü, eləcə də yeni hökumətini tam dəstəkləyirik. Biz bir millət olaraq, əlbəttə ki, Krım tatarlarının da taleyindən nigaranıq.
Bununla yanaşı qeyd etməliyəm ki, Ukrayna hökuməti Krımın üzərində öz suverenliyini təmin etmək üçün daha qətiyyətli addımlar atmalı idi. Təcrübə göstərir ki, Krımın işğalı başa çatacağı təqdirdə heç kim onu alıb Ukraynaya qaytarmaq üçün Rusiya ilə savaşmayacaq. Ukrayna hökumətinin hazırkı ləngliyi davam edəcəyi təqdirdə Krımın da taleyi, məsələn, Qarabağın və Cənubi Osetiyanın taleyi kimi olacaq.
Azərbaycan hökumətinin də mövqeyi aydın olmalıdır. Heç kim hökumətdən radikal bəyanatlar və hərəkətlər tələb etmir. Amma potensial strateji müttəfiqimiz olan Ukraynanın torpaqlarının parçalanmasına biganə qalmamalıyıq. Eləcə də Krım tatarlarının taleyi ilə bağlı rəsmi Bakı Türkiyə, Ukrayna və Rusiya ilə ciddi məsləhətləşmələr keçirməli, tatar icması ilə birbaşa əlaqələri gücləndirməlidir. Unutmayaq ki, aydın mövqeyi olmayanların heç vaxt gerçək dostları və müttəfiqləri də olmur.
Xalqımızı "Rusiya Ukraynadan sonra Azərbaycana gələr” tezisi ilə qorxudub daha da gözüqıpıq etmək lazım deyil. Rusiya Ukraynadan qabaq Azərbaycanda olub ki, Qarabağ işğal edilib. Rusiya, hazırkı aqressiv siyasəti uğur qazanarsa, Azərbaycana yenidən gəlmək üçün bəhanə tapar. Odur ki, sivil dünya ilə birlikdə hərəkət etmək lazımdır. Hamı ilə birlikdə elə hərəkət etmək lazımdır ki, Rusiya rəhbərliyi Ukrayna ilə münaqişədə belə aqressiv siyasətin müasir dünyada keçmədiyini başa düşsün, Ukraynadan sonra da "getməyə” yer axtarmasın. Bu, bizim üçün ən böyük təminat olar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi