16-03-2014 [23:18]
O deyib ki, İran rəsmiləri prezident Əliyevin səfəri zamanı onunla iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə dair danışıqlar aparacaq.
"Biz Azərbaycan prezidenti ilə qarşıdakı danışıqlar zamanı daha güclü iqtisadi münasibətlər və birgə investisiyalar barədə danışacağıq” - deyə Rəhimpur bildirib.
İran diplomatı deyib ki, prezident Əliyevin tezliklə Tehrana səfər etmək niyyətini Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov çatdırıb.
Bundan əvvəl İran prezidenti Həsən Ruhani İlham Əliyevlə Davos forumunun kuluarlarında görüşmüşdü. Ruhani həmin görüş zamanı bildirib ki, İran şimal qonşusu ilə neft-qaz, neft-kimya sahələri də daxil olmaqla çoxşaxəli iqtisadi əməkdaşlıq qurmaqda maraqlıdır.
Qeyd edək ki, Azərbaycan prezidenti İranda sonuncu dəfə 2009-cu ildə, İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün səfər edib. İki ölkə arasında münasibətlər son illərdə əsasən gərgin olub və rəsmi Tehran dəfələrlə Azərbaycanı İsraillə onun əleyhinə əməkdaşlıq etməkdə, hətta İran ərazisində törədilən diversiyalarda günahlandırıb.
Azərbaycan isə öz növbəsində dəfələrlə İran xüsusi xidmət orqanlarının ölkə ərazisində İsrail və ABŞ maraqlarına qarşı terror planlarının üstünü açdığını elan edib.
Lakin İranda prezident Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra Tehranın qonşular, eləcə də dünya birliyi və Qərb ölkələri ilə ritorikasında dəyişiklik müşahidə olunur. İran Cenevrədə "altılar” qrupu ölkələri ilə nüvə anlaşması əldə edib və beynəlxalq sanksiyaların qismən yumşaldılmasına nail olub. Əgər Qərblə İran arasında yekun nüvə anlaşması əldə olunsa və sanksiyalar götürülsə, xarici neft-qaz şirkətlərinin İranın zəngin karbohidrogen yataqlarına çıxış imkanları yaranacaq. İran artıq bir sıra Qərb şirkətləri ilə bu yöndə danışıqlar aparır.
Həmçinin İranın indiki prezidenti qonşularla da münasibətləri qaydaya salmaqda maraqlıdır və belə görünür ki, Azərbaycan prezidentinin Tehrana səfərinin razılaşdırılması da məhz Həsən Ruhaninin mülayim ritorikası sayəsində bu ölkə ətrafında beynəlxalq gərginliyin xeyli yumşalmasının nəticəsində mümkün olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi