PUTİN QƏRBİ LƏRZƏYƏ SALDI: Rusiya Donetsk və Luqanski bölgəsini dövlət kimi tanıdı - ABŞ, Aİ və NATO-dan sərt reaksiyalar (YENİLƏNİB)
21-02-2022 [23:52]
Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərmanı imzalayıb.
Mia.az xəbər verir verir ki, bu barədə prezident Putin bu gün Təhlükəsizlik Şurasının iclasında amons vermişdi.
Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin və Denis Puşilin Rusiya Federasiyası ilə qondarma Donetsk Xalq Respublikası (DXR) arasında dostluq, əməkdaşlıq və yardım haqqında saziş imzalayıblar.
Rusiya mətbuatı xəbər verir ki, Putin, eyni zamanda, Leonid Paseçniki ilə Kremldə Rusiya Federasiyası ilə qondarma Luqansk Xalq Respublikası (LXR) arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalayıb.
Putin DXR və LXR rəhbərlərini Rusiya ilə dostluq müqavilələrinin imzalanması münasibətilə təbrik edib.
Məlumat üçün qeyd edək ki, Putin tanınma barədə fərman imzalamamışdan əvvəl Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb və o, bu niyyətini açıq dilə gətirb: "Bütün bunları nəzərə alaraq, Rusiya Prezidenti yaxın vaxtlarda müvafiq sərəncam imzalamaq niyyətində olduğunu bildirib".
Putinin bu fərmanından dərhal sonra ABŞ Prezidenti Cozef Bayden Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Ağ Evdən verilən məlumata görə, ABŞ müttəfiqləri və tərəfdaşları ilə Ukrayna ilə növbəti addımlarla bağlı məsləhətləşmələri davam etdirir. “Ukraynada iki separatçı ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə deyib ki, Avropa İttifaqı və onun tərəfdaşları Putinin qərarına qətiyyətlə cavab verəcəklər: “Biz prosesləri çox yaxından izləyirik. Ukraynadakı durumun tənzimlənməsinə dəstək verməyə tam hazırıq".
NATO Baş katibi Yens Stoltenberq də Putinin qərarını pisləyib: "Rusiyanın Ukraynada Donetsk və Luqanskı tanımasını pisləyirəm. Bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur. NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişəni qızışdırmağı dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”.
****
Ukrayna ilə sərhəddə 5 ukraynalı hərbçinin öldürülməsindən sonra Rusiya Təhlükəsizlik Şurasının iclasını təcili çağıran prezident Vladimir Putin bütün dünyanın diqqətini yenidən özünə çəkib.
Mia.az xəbər verir ki, iclasda Moskva-Kiyev böhranının daha da dərinləşdiyini deyən Putin bir daha "Ukraynanın NATO-ya üzv qəbul olunması ehtialının təhdid olduğu"nu təkrarlayıb:
"Bəli, bu, bizim üçün böyük təhdiddir. Açıq təhdidlə üz-üzəyik. Əlbəttə, biz böhranı sülh yolu ilə həll etmək istəyirik. Burada gerçəkləri də anlamaq məcburiyətindəyik. Əgər Rusiya bir təhdidlə qarşı-qarşıya qalırsa, məsələn, Ukraynanın NATO-ya qatılması kimi, bu, o deməkdir ki, bizim ölkəmizə təhdid var. Çünki NATO-nun beşinci maddəsi var. İttifaqın bütün üzvləri hücuma məruz qalan üzvün yanında durmalıdır. Amma burada kimsə Kırım xalqının iradəsini qəbul etmədiy üçün təhdid önə çıxır. Yəni, əgər Ukrayna Krım almaq üçün hərbi yola əl ata bilər. Təzyiqlə bu addımı atmayacağı barədə də təminat yoxdur. Bizə kağız üzrə imzalanmış təminatlar lazımdır".
"MAKRON BİZƏ TƏMİNAT VERDİ"
Fransa prezidenti Makronun az əvvəl Rusiyaya səfərinə toxunan Putin deyib ki, "Makronla son həftələr iki dəfə müzakirə apardıq, o, mənə təminatlar təqdim etdi. Ancaq biz ABŞ-ın mövqeyində bir dəyişiklik olacaqmı, bunu dəqiq bilməliyik".
Çıxışını davam etdirən Putin deyib ki, Donetsk ve Luqanskinin dövlət kimi rəsmən tanınması məsələsi barədə də bu gün qərar verə bilər.
"QƏRB TƏLƏBLƏRİMİZİ MÜZAKİRƏYƏ HAZIR DEYİL".
İclasda çıxış edən XİN başçısı Lavrov isə bildirib ki, Qərb müzakirələrə hazır deyil: "Bu nöqtədə ikinci qüvvələr daha tez ələ alınıb, bunu görürük. Əlbəttə, təməl prinsipləri, eyni zamanda NATO-nun sərhədlərimizə doğru genişlənmə planının müzakirəsinə yaxın gəlmirlər. O səbəbdən, Ukrayna böhranı geniş müstəvidə müzakirə olunarsa, həll oluna bilər. Düşünürəm, ortaq rəy üçün biz ancaq ABŞ-la danışmalıyıq. Rusiyanın təhlükəsizlikk məsələsi gözardı edilə bilməz".
"NATO-nun GENİŞLƏNMƏ FƏALİYYƏTİNİ ƏNGƏLLƏYƏCƏYİK".
Lavrov deyib ki, NATO-nun Şəqrə doğru genişlənmə planının qarşısını alacaqlar: "NATO-nun Şərqə doğru genişlənmə planını əngəlləmək üçün tədbirlərimiz davam edəcək. Blinken bu istiqamətdə mənimlə görüşə hazır olduğunu deyib. Onunla ayın 24-də Cenevrədə görüşəcəyəm".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi