Hacıqabulda əməliyyat: bu şəxslər saxlanılıb - FOTO
21-02-2022 [11:45]
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan beş nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundanverilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəmkir rayon sakinləri Yusif Əmiraslanov və Tehran Musayev Hacıqabul rayonu ərazisində saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı 50 qramdan artıq narkotik maddə olan heroin aşkar edilib. Dindirilmə zamanı hər iki şəxs narkotik maddəni Bakı şəhərində Rəşad adlı şəxsdən 400 manata aldıqlarını bildiriblər.
Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Rəşad Tanrıverdiyev şəhər ərazisində saxlanılıb və istintaqa cəlb edilib. Saxlanılan zaman isə ondan altı büküm heroin və iki büküm metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxs izahatında Y.Əmiraslanova və T.Musayevə narkotik maddə satdığını etiraf edib.
Hacıqabul RPŞ-in və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sonuncunun narkotik vasitələrin əldə etdiyi mənbəyin müəyyən edilməsi istiqamətində davam etdirilən tədbirlər nəticəsində isə onu bu maddələrlə təmin edən Bakı şəhər sakinləri Ceyhun Zeynalov və Fazil Mirələmov saxlanılıblar. Həmin şəxslər ümumi çəkisi 110 qramdan artıq olan metamfetamin, heroin və marixuana, 42 ədəd preqabalin həbləri, eləcə də satış zamanı narkotik vasitələrin pulunun ödənilməsi üçün bir ədəd plastik kart aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi