Kiyevdə Xocalı soyqırımının 30 illiyinə həsr olunan elmi konfrans keçirilib - FOTO
19-02-2022 [11:27]
Kiyev şəhərində Xocalı soyqırımının 30 illiyinə həsr olunan “Xocalı soyqırımı və tarixi paralellər” adlı elmi konfrans keçirilib.
Mia.az xəbər verir ki, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) ilə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) birgə təşkil etdiyi konfransda Ukrayna Ali Radasının deputatı, elm, ictimai və siyasi xadimlər iştirak ediblər.
BUAK sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev çıxış edərək tarixdəki amansız soyqırımları, o cümlədən Ukrayna tarixində baş verən soyqırımları sadalayaraq Xocalı soyqırımının da belə qanlı soyqırımlar silsiləsindən olduğunu xatırladaraq paralellər aparıb.
Xocalı soyqırımı barədə məlumatlı olduğunu bildirən Ukrayna Ali Radasının deputatı Yuriy Kamelçuk deyib: “1992-ci ilin qışında həm Azərbaycan, həm də Ukrayna hələ də daha güclü və ultratotalitar ölkələrin zərərli təsiri altında idi. Belə bir təsir diqqətdən kənarda qala bilməzdi. Azərbaycanın Xocalı şəhərində qanlı hadisələr baş verib. Dinc əhalinin qətliamı Qarabağ müharibəsi zamanı ən qəddar və qanlı hadisə olub. Qırğınların bir daha təkrarlanmaması üçün nə edə biləcəyimizdən danışarkən, mən yalnız bir şeyə əminəm. Bizim əsas vəzifəmiz müharibələrə, münaqişələrə səbəb olan səbəbləri aradan qaldırmaqdır. Dostluq və diplomatik əlaqələr, investisiyalar və belə bir tarix sabit dünyaya doğru bir addım ola bilər”.
Ukraynada krım tatarları Assosiasiyasının koordinatoru Elvin Kadırov isə çıxış edərək tatarların tarixində baş verən qanlı hadisələrlə Xocalı soyqırımı arasında paralellər aparıb.
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) sədri Samir Adıgözəlli konfransda məruzə ilə çıxış edərək Xocalı soyqırımını tarixi faktlarla əsaslandırmışdır. 30-cu ildönümündə Xocalı soyqırımının həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla Beynəlxalq Təşkilatlardan və dünya birliyindən hadisələrə ədalətli mövqe nümayiş etdirmək tələbini S. Adıgözəlli çıxışında bildirib.
Daha sonra çıxış edənlər, professorlar Natiq Bədəlov, Arif Quliyev, Fərhad Turanlı, Azərbaycandan İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı və digərləri mövzu ətrafında fikir və təkliflərini səsləndiriblər.
Qeyd edək ki, elmi konfrans Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi