Məşhur reper Hüseyn Dərya qəzada öldü - FOTOLAR

img

15-03-2014 [13:29]


Məşhur reper Hüseyn Dərya bu dəqiqələrdə dünyasını dəyişib. 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsindən verilən məlumata görə, ötən gün yol qəzasında ağır yaralanan reper səhər saatlarında dəqiqələrdə keçinib. 

Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə etdiyi "Opel Astra” markalı 99 EK 575 nömrə nişanlı minik avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb. 

Hüseyn Dərya dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hüseyn Dərya qəza nəticəsində qapalı kəllə-beyin travması almışdı. Onun sağ bazu sümüyü sınmışdı. Onu reanimasiya şöbəsinə yerləşdirmişdilər.







Mənbə
ANS PRESS

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA