Nadir "Sən ürəksən, Manaf Ağayev" paylaşımı etdi, daha sonra isə... - FOTO

img

18-02-2022 [15:55]


Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev barəsində 15 sutka həbs qərarı verilib.

Mia.az xəbər verir ki, müğənni Nadir Qafarzadə instaqram hesabında Manafla bağlı paylaşım edib. 

"Dəyərli dost, yaxşı sənətkar. Sən ürəksən, Manaf Ağayev. Həmişə toylarda", - deyə Qafarzadə paylaşımına yazıb.

Bir neçə dəqiqə sonra ifaçı paylaşımını silib.

Xatırladaq ki, Manaf Ağayev və Sənan Hüseynov bahalı avtomobillə Füzuliyə gedib. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlayıb. Az keçmədən müğənni paylaşımını silib. Videoda M.Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu bildirilib. Sənətçi və iş adamı 15 sutka həbs olunub/Axsam.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR