Halic Universitetində Azərbaycanla bağlı konfrans keçirildi

img

15-03-2014 [12:51]




Türkiyədə "31 mart 1918-26 fevral 1992 Ermənilərin Azərbaycan Türklərinə qarşı Soyqırımları" mövzusunda konfranslar keçirilməkdədir.

Mia.az-a daxil olan xəbərə görə, Yalova Əsilsiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin başqanı Şəmsəddin Gürtəkinin təşkilatçılığı ilə təşkil olunan konfranslardan ikisi İstanbulda gerçəkləşdi. İlk konfrans Halic Universitetində təşkil olundu. 

Halic Universitetinin rəhbərliyinin dəstəyi ilə təşkil olunan konfransda ASEF başqanı Şəmsəddin Gürtəkin, Düzcə Universitetinin professoru Gökmen Kılıçoğlu, Azermedia.az Araşdırma Qrupu və "Yeni Çağ" qəzetinin rəhbəri Aqil Ələsgər, araşdırmaçı yazar Fuad Hilalov mövzu ilə bağlı çıxış etdilər.

Konfransda qeyd olundu ki, ermənilər bir əsrlik yalanla özlərini məzlum kimi göstərsələr də, əslində terrorçu zehniyyətlə həm Türkiyədə, həm Azərbaycanda qətliamlar törədib. Qarsda, Ərzurumda, Qubada olan toplu məzarlar buna bariz nümunədir. 

31 mart və Xocalı Soyqırımları ilə bağlı kitab və şəkil sərgisinin açıldığı konfransın sonunda məruzəçilər Universitet tərəfindən təşəkkür plaketləri təqdim olundu.

Konfransda universitetin müəllim-tələbə kollektivi ilə yanaşı Atatürkçü Düşüncə Klubunun rəhbərliyi də iştirak edirdi.

Daha sonra Maltəpə Türk Ocaqlarında bu mövzuda konfrans keçirildi.

Bu gün isə Kocaeli və Bursa şəhərlərində konfrans keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA