Ziya Məmmədov şirkətin rəhbərini işdən uzaqlaşdırıb

img

14-03-2014 [13:16]


Nəqliyyat naziri Ziya Məmmədov nazirliyin nəzdində fəaliyyət göstərən daha bir şirkətin rəhbərini işdən uzaqlaşdırıb.

AzNews.az-ın məlumatına görə, bir neçə gün əvvəl "Baku Taxi Company”nin rəhbəri İlqar Qasımov tutduğu vəzifədən azad olunub.

Məlumatı AzNews.az-a İ.Qasımov özü də təsdiqləyib.

Onun sözlərinə görə, işdən uzaqlaşdırılması qərarı fevral ayının sonunda verilib, lakin əmr bir neçə gün əvvəl imzalanıb. Nəqliyyat sferasında fəaliyyətini davam etdirdiyini deyən İ. Qasımov hazırda çalışdığı sahə haqqında məlumat vermək istəməyib.

AzNews.az-ın əldə etdiyi xəbərə görə, hazırda "Baku Taxi Company”nin rəhbəri vəzifəsini qurumun maliyyə idarəsində çalışmış Vüqar İbrahimov icra edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA