İlham Əliyevin qızları ərəb şahzadəsi ilə bir arada - Foto-VIDEO

img

14-03-2014 [12:32]


Dünən Nərgiz Paşayevanın qızı Ülviyyə Mahmudovanın təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində baş tutan təqdimat mərasiminə dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslər dəvət alıb. "Qafqazinfo” xəbər verir ki, dəvətlilər arasında rusiyalı teleaparıcı Kseniya Sobçak, italiyalı model Bianka Balti, Səudiyyə Ərəbistan şahzadəsi Ameerah Al-Taweel, dəb məsləhətçisi Miroslava Duma və başqaları olub.

Ülviyyə Mahmudovanın yeni istifadəyə verilən "buro247.az” saytının təqdimat gecəsinə prezident İlham Əliyevin qızları Leyla və Arzu da qatılıb.

Ərəb şahzadəsi Azərbaycanla bağlı təssüratlarını sosial şəbəkədə izləyiciləri ilə bölüşüb:

"Bakı, Azərbaycan...odlar yurdu! Möhtəşəm işıqlar və inkişaf edən iqtisadiyyat.

Bu, Azərbaycan prezidentinin ailəsi və Miroslava Duma ilə birgə möhtəşəm gecə idi. Buro247.az təbrik edirəm və hər şeyin ən yaxşısını arzulayıram”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA