UKRAYNA SAVAŞIN ASTANASINDA: dünya liderləri toplandı, ölkələr vətəndaşlarını geri çağırır - Rəsmi Kiyev Moskvaya 48 saat vaxt verdi
12-02-2022 [00:12]
Ukrayna ilə Rusiya savaşın astanasına gəlib.
Mia.az xəbər verir ki, Ukrayna ilə sərhəddə 100 minlik ordu toplayan rəsmi Moskva bununla yetinməyib Belarusda genişmiqyaslı hərbi təlimə start verməsi "əsəbləri daha da gərib".
Bir çox dünya liderləri bu və ya digər məqamları nəzərə alaraq, savaşın hər an başlaya biləcəyini deyir.
Təsadüfi deyil ki, son 10 gündə dünyanın əksər ölkələri öz vətəndaşlarını Ukraynadan dərhal tərk etməyi tələb edib. Bu da müharibənin çox yaxında olduğunu göstərir.
Bu ehtimalı qüvvətləndirən digər amillər isə bu gün baş verib.
Belə ki, ABŞ Prezidenti Cozef Bayden əvvəlcə milli təhlükəsizlik üzrə köməkçiləri ilə Rusiya və Ukrayna sərhədindəki vəziyyətlə bağlı müşavirə keçirib.
Ardınca Almaniya kansleri Olaf Şolts, ABŞ prezidenti Cozef Bayden, Fransa prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Castin Trüdo bu gün təcili toplanaraq, Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreytin sözlərinə görə, müttəfiqlər Ukraynanın ərazi bütövlüyü və suverenliyinin növbəti dəfə pozulması halında Rusiyaya qarşı sürətli və əsaslı sanksiyalar tətbiq etməkdə qərarlıdırlar: "Bütün diplomatik səylər Moskvanı deeskalasiyaya sövq etməyə yönəlib".
Maraqlıdır ki, bu toplantının keçirildiyi bir vaxtda rəsmi Kiyev gözlənilmədən Rusiyaya qarşı sərt və açıq tələb irəli sürüb. Ukrayna hökuməti bir qədər də irəli gedərək, Moskvaya sərhədləri yaxınlığındakı hərbi fəaliyyətə aydınlıq gətirilməsi üçün 48 saat vaxt verib.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Moskvadan sərhəd bölgələrində və Krımda hərbi fəaliyyətlə bağlı ətraflı açıqlamalar istəyib: “Vyana Sənədinin müddəalarına əsasən, Rusiya hərbi fəaliyyətin aparılması üçün dəqiq əraziləri təqdim etməli, onun başa çatma tarixini, habelə hərbi birləşmələrin adını, tabeliyini, həmçinin ona cəlb olunan silah və hərbi texnikanın növləri, sayını bildirməlidir. Ukrayna Rusiyaya cavab vermək üçün 48 saat vaxt verib".
Nazir deyib ki,əgər Rusiya bunu etməsə və ya “qeyri-kafi və ya uyğun olmayan” məlumat təqdim etsə, Kiyev təcili iclas çağırmaq üçün Vyana Sənədinin digər ölkələrinə müraciət edəcək və bu zaman Moskva aydınlıq gətirməli olacaq: “Biz Ukraynanın təhlükəsizliyini təmin etmək üçün bütün diplomatik imkanlardan istifadəyə davam edəcəyik”.
Ukrayna XİN başçısı, eyni zamanda, ABŞ dövlət katibi Entoni Blinken, Almaniyanın xarici işlər naziri Annalena Berbok və Aİ diplomatiyasının rəhbəri Jozep Borrellə telefon danışığı aparıb.
Nazir Blinkenlə Rusiyadan gələn təhdidlərə qarşı birgə mübarizəni müzakirə etdiklərini bildirib: “ABŞ təhlükəsizlik yardımından əlavə, Ukraynaya güclü iqtisadi dəstək verəcək. Rusiyanın heç bir şübhəsi olmasın: Ukrayna və tərəfdaşları dövlətimizi qorumaq üçün qəti addımlara hazırdır”.
Diqqətçəkən digər nüans isə odur ki, ABŞ Prezidenti Co Baydenin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukraynadakı bütün amerikalıları 48 saat içində ölkəni tərk etməyə çağırıb: “Biz bu məsələdə aydın olmaq istəyirik. İstənilən amerikalı mümkün qədər tez və istənilən halda, yaxın 48 saat ərzində Ukraynanı tərk etməlidir. Aydındır ki, gələcəyi proqnozlaşdıra bilmərik. Nə baş verəcəyini dəqiq bilmirik, lakin indi risk kifayət qədər yüksəkdir və təhlükə kifayət qədər anidir”.
ABŞ-ın da "48 saat vaxt"ın üstündə xüsusi durması savaşın bu ərəfədə başlama ehtimalının çox yüksək olduğunu göstərir.
Hələlik rəsmi Moskvadan rəsmi Kiyevin 48 saatlıq tələbinə reaksiya verilməyib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov yalnız onu deyib ki, Putin bu gün (oxu: fevralın 12-i) ABŞ prezidenti Cozef Bayden və Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparmağı planlaşdırır.
Bu arada isə Niderland, Britaniya, ABŞ, İsrail və Cənubi Koreya Yaponiya və digər bir neçə ölkənin Xarici İşlər nazirlikləri də bir daha bəyanat verərək, i öz vətəndaşlarını təhlükəsizlik baxımından Ukrayna ərazisini mümkün qədər tez tərk etməyə çağırıb.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi