Azərbaycanda institut direktoru işdən çıxarıldı

img

13-03-2014 [15:07]


AMEA Kimya Problemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub.

AMEA-nınmətbuat xidmətindən verilən məlumata görə, Kimya Problemləri İnstitutunun direktoru, akademik Ağadadaş Əliyev vəzifəsindən azad olunub. A.Əliyevin səlahiyyətlərinə öz xahişi əsasında xitam verilib.

Qeyd edək ki, institutun elmi işlər üzrə direktor müavinləri - AMEA-nın müxbir üzvü Mübariz Əhmədov və kimya üzrə elmlər doktoru Vaqif Əhmədov da öz xahişləri ilə tutduqları vəzifədən azad olunublar.

AMEA Rəyasət Heyətinin qərarı ilə institutun direktoru vəzifəsini seçki keçirilənədək AMEA-nın müxbir üzvü Dilqəm Tağıyev icra edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA