Zakir Həsənov Kəlbəcərdə: yeni tapşırıqlar verildi - VİDEO
10-02-2022 [17:42]
Kəlbəcər rayonunda səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunan hərbi infrastrukturun açılışında iştirak edib.
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, burada şəxsi heyət üçün lazımi şərait yaradılıb. İnfrastruktur bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, əşya anbarları, məişət otağı, hamam-sanitar qovşağı və ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Bina işıq, su və kommunikasiya xətləri, o cümlədən mərkəzi istilik və yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. İqlim şəraitinin daha sərt olması nəzərə alınaraq yataqxanalarda əlavə olaraq müasir odun sobaları da quraşdırılıb.
Yeməkxana ilə tanışlıq zamanı müdafiə nazirinə məruzə olunub ki, burada müasir avadanlıqla tam təchiz edilən mətbəx, ərzaq anbarları, eləcə də hərbi qulluqçuların isti yeməklə təminatına cavabdeh personal üçün ayrıca istirahət otağı mövcuddur. Həmçinin yeməkxanada müasir çörəkbişirmə avadanlığı quraşdırılıb. Şəxsi heyət daim təzə çörəklə təmin edilir. Yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.
Sonra Müdafiə Nazirliyin rəhbər heyəti hərbi obyektin avtomobil parkını da ziyarət edib. Park ilə tanışlıq zamanı çətin relyefli və qarlı ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınmasının təmin edilməsi məqsədilə yeni istifadəyə verilən tırtıllı və xizəkli texnikalar haqqında məlumat verilib.
Döyüş hazırlığı planına uyğun keçirilən məşğələlərin gedişatı ilə maraqlanan general-polkovnik Z.Həsənova məruzə edilib ki, qar üzərində yerimək üçün xüsusi fərdi avadanlıqlar və silahlanmaya yeni qəbul edilən xüsusi texnikanın gücü ilə bölmələrin çevik və təhlükəsiz hərəkəti təmin edilib.
Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də döyüş növbətçiliyinin daim yüksək səviyyədə aparılması barədə müvafiq tapşırıqlar verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi