Aktyor Ertuğrul Şakar: "Filmin Şuşada çəkilməsi nəzərdə tutulur"

img

10-02-2022 [16:40]


Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyə qardaşlığına həsr olunan filmlə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında rejissor Selahattin Sancaklı, aktyor Ertuğrul Şakar, prodüser Yalçın Çoban və "Eslem Film"in rəhbəri Metin Yücel iştirakı edib.

Filmin rejissoru Səlahəddin Sancaklı bildirib ki, film və serial Şuşada lentə alınacaq:

"Azərbaycana səfərimizdə məqsəd 30 illik haqlı davamızı, zəfərimizi lentə almaqdır. Şuşada olmamışam, amma filmin Şuşada çəkilməsi nəzərdə tutulur. Filmdə Azərbaycandan və Türkiyədən olan aktyor və aktrisalar iştirak edəcək".

Aktyor Ertuğrul Şakarın sözlərinə görə, çəkiləcək film həm Azərbaycan, həm də Türkiyə üçün gözəl layihə olacaq:

"Bu, həm də mənim Azərbaycana ilk gəlişimdir, buranı çox bəyəndim. Qismət olsa gedib Şuşanı da görməyi çox istəyirəm".

Qeyd edək ki, filmin çəkilişlərinə iyul ayında başlanılması nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR