Paşinyandan Lukaşenkoya etiraz: “Siz məni küçədə əliavtomatlı gördünüz?”
10-02-2022 [13:33]
Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkonun onun ölkəsi barədə dediklərinə qəzəbli reaksiya verib. Və onun “küçədə əlində avtomat dolaşmasına” eyham vurub.
Lukaşenko demişdi ki, Ermənistanın Rusiya-Belarus ittifaqına qoşulmaqdan başqa yolu yoxdur. “Ermənistanın başqa yolu yoxdur. Düşünürsünüz ki, onlar kiməsə gərəkdir? Onlar bunu artıq gördülər, Nikol Vovayeviç bunu artıq gördü”,-Lukaşenko bildirib.
Lukaşenkonun əslində ermənilər üçün acı həqiqət olan bu sözləri ilə bağlı Belarusun Yerevandakı səfiri Ermənistan XİN-ə çağırılıb, nazir Arart Mirzoyan ona çatdırıb ki, “tərəflər bir-birləri barədə bəyanatlar verərkən qarşılıqlı hörmətə, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə” əsaslanmalıdır.
Paşinyan isə daha sərt cavab verib.
“Ola bilsin digər ölkələrin rəhbərləri Ermənistan hakimiyyətinin legitim , ölkənin isə demokratik olduğunu eşidəndə bundan inciyirlər. Ermənistanı Demokratiya Sammitinə dəvət edəndə, bəzi ölkələri dəvət etməyəndə onlar bundan inciyirlər”,- o, Belarusda “diktaturanın hökm sürdüyünə” bu cür eyham vurub.
Daha sonra o, Lukaşenkonun 2020-ci ilin yayında Minskdə etirazlar zamanı əlində avtomatla görünməsinə eyham vurub: “Ermənistanda müəyyən hadisələr baş verdi. Siz məni əlimdə avtomat küçələrdə gördünüz?”.
Ermənistan baş naziri daha sonra Belarusu Azərbaycana “milyardlarla dollarlıq silah satmaqda” və “bloqer Lapşini tutub Bakıya təhvil verməkdə” günahlandırıb, bunların Ermənistan üçün sillə olduğunu deyib/virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi