ƏL CİBDƏ, İŞARƏ İLƏ "GƏL", UZUN MASA, ZALDA TƏK QALAN MAKRON... - Putin dünyaya hansı mesajları verdi? + VİDEO/FOTOLAR (Təhlil)
08-02-2022 [13:50]
Fevralın 7-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüş olub.
Liderlərin bir araya gəlməsi zamanı çəkilən görüntülər isə dünya mətbuatında müzakirə predmetinə çevrilib. Belə ki, Putin Makronu əli cibində qarşılayıb, dövlət başçıları uzun masa arxasında əyləşiblər. Amma qəribəlik bununla da bitməyib. 5 saatdan çox çəkən görüşdən sonra mətbuat konfransı keçirilib. Ardınca isə Rusiya lideri zaldan çıxıb, sanki onu çağırırmış kimi əli ilə Emmanuel Makrona işarə edib. Lakin V.Putin fransalı həmkarını gözləmədən qapıya doğru yönəlib və zalı tərk edib. E.Makron otaqda tək qalıb və Kreml rəhbərinin arxasınca getməli olub.
Mia.az Report-a istinadla xəbər verir ki, görüş Fransa mətbuatının gündəmindədir. İki liderin danışıqları “COVID-19 protokolu, yoxsa Fransa-Rusiya əlaqələrinin əksi?” sərlövhələri ilə müzakirəyə çıxarılıb. Bildirilib ki, fransızlar bu barədə tviterdə “Putin Makronu isti qarşıladı”, “Sosial məsafə”, “Axşam yeməyi başlaya bilər”, “Saat fərqi” kimi rəy veriblər.
Fransanın "Cnews" kanalı “Emmanuel Makron-Vladimir Putin görüşü yaxınlaşmasının böyük masası”, "Huffpost" kanalı isə “Makron ilə Putin görüşündəki masanı dövr etməyə dəyər” sərlövhələrindən istifadə edib.
“Liberation” qəzeti “Makron və Putin - russayağı dialoq” başlığı ilə mövzunu manşetə çıxarıb.

Müxalifət nümayəndləri Makronun təhqir edildiyini deyirlər. Hökumətə yaxın mənbələr isə Putinin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşünün də eyni formada keçdiyini xatırladıb.
İndi politoloqlar, siyasi icmalçılar və bədən dili mütəxəssisləri bir suala cavab axtarırlar: Vladimir Putin Emmanuel Makronla görüşdə hansı mesajları verib? Həmin mesajlar kimlərə ünvanlanmışdı?
Psixoloq Azad İsazadə açıqlamasında Rusiya və Fransa liderlərinin Moskva görüşünün “şifrələri” belə izah edib: “Əlin şalvarın cibində olması 2 cür izah olunur.
Birincisi, həmin şəxs nə edəcəyini, necə davranacağını, əlini hara qoyacağını bilmir və sonra cibinə salır. Yəni bu, özgüvənsizlikdir.
İkincisi isə bunun tam əksidir, əli cibə qoymaq meydan oxumaq deməkdir. Bəzən həmin hərəkəti hörmətsizlik kimi də başa düşmək mümkündür. Bir sıra hallarda qeyd etdiyim 2 hal üst-üstə düşür. Yəni insan özgüvənsizliyini ört-basdır etməkdən ötrü süni fon yaradır. Diplomatik etiketə görə əli cibə salmaq qəbuledilməzdir”.

A.İsazadənin fikrincə, belə görüşlər zamanı istifadə edilən masanın uzun olmasının obyektiv və subyektiv səbəbləri var: “Bildiyiniz kimi, Putin koronavirusa qarşı çox həssasdır. O, demək olar, heç kimlə görüşmür. Bu mənada masanın uzun olması sosial məsafə kimi qəbul edilə bilər. Eyni zamanda kadrlardan məlum olur ki, masanın uzunluğu Putinin özünə də mane olurdu. Belə ki, o, bir neçə dəfə həmkarını daha yaxşı eşitmək üçün irəli əyilir. Ümumiyyətlə, adətən rəsmi görüşlərdə dövlət başçıları kresloda oturur və onların arasında balaca jurnal masası olur. Nəticədə həmsöhbətlər arasında emosional toqquşmanın qarşısı alınır və müzakirə lazımi qədər səmimi mühitdə keçir. Belə uzun masa ətrafında isə çox vaxt diplomatik nümayəndələr əyləşirlər və görüş rəsmi xarakter daşıyır. Yəni uzun masa koronavirusdan qorunmaq üçün nəzərdə tutulsa da, emosional istiliyə mane oldu”.
Psixoloq hesab edir ki, görüşün nəticələri ev sahibini - Vladimir Putini qane etməyib: “Makron digər Qərb nümayəndələrinə nisbətən Putinlə daha yaxşı “yola gedən” siyasətçidir. Görünür, hətta o da Kreml rəhbərliyinin gözləntilərini doğrultmayıb. Putinin otaqdan çıxması, Makronu gözləməməsi onu deməyə əsas verir ki, daha danışılacaq nəsə qalmayıb. Əlbəttə, yenə Rusiya liderinin koronavirusdan qorxduğunu unutmaq olmaz. Onda hətta ola bilsin koronafobiya var və məntiqli şəkildə yox, şüuraltı olaraq məsafə saxlamağa çalışır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi