Mədəniyyət naziri Xalq artistini evində ziyarət edib - FOTO

img

08-02-2022 [12:51]


Mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

Bu barədə nazirlikdən Mia.az-a bildirilib ki, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovu doğum günü münasibətilə təbrik edən Anar Kərimov, ifaçının Azərbaycan incəsənətində xüsusi rolunu vurğulayıb, onun mahnılarının dillər əzbəri olduğuna diqqət çəkib. 

Əlibaba Məmmədovun yetişdirdiyi tələbələrin bu gün də Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak etdiyini vurğulayan nazir ona möhkəm can sağlığı arzularını çatdırıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR