Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert keçirilib

img

07-02-2022 [11:46]


Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin doğum günü münasibətilə Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda onun əsərlərindən ibarət konsert keçirilib.

Məlumata görə, konsertdə “Legend of Fire” triosunun virtuoz üzvləri Zəhra Bədəlbəyli, Ceyla Seyidbəyli və Nurlan Növrəsli çıxış ediblər.

Pavilyonun direktoru Səadət Qədirova Moskvada yerləşən Qara Qarayev adına uşaq musiqi məktəbinin direktoruna təşəkkürünü bildirib: “Bu, Azərbaycanın hüdudlarından kənarda Qara Qarayev adını daşıyan yeganə məktəbdir. Böyük bəstəkarın xatirəsinə ehtiramla yanaşdığınıza görə sizə təşəkkürümü bildirirəm. Biz xeyli birgə layihələr həyata keçirmişik. Məhz bu məktənblə birlikdə Qara Qarayevə həsr olunmuş silsilə konsertlər keçiririk”.

Qeyd edək ki, tədbirdə Qara Qarayevdən başqa, Dmirti Şostakoviçin, Fikrət Əmirovun, Niyazinin, Arif Məlikovun, Vasif Adıgözəlovun və digər tanınmış bəstəkarların əsərləri səsləndirilib/Reporr.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR