Ramiz Həsənov yeni qazanc mənbəyi tapdı - Dəyişiklik

img

12-03-2014 [18:02]


Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 759-2014 - "Uyğunluğun qiymətləndirilməsi. Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər” dövlət standartı təsdiq edilib.

Mia.az Azvision.az-a istinadən xəbər verir ki, standart daşınmaz obyektlərə dair prinsipləri, kateqoriyaları, qiymətləndirmə kriteriyalarını, indiqatorları, tövsiyə edilən göstəriciləri və minimal ekoloji tələbləri təyin edir. 


Həmçinin, standart daşınmaz əmlak obyektlərinə, binalara və tikililərə, onların həyətyanı ərazilərinə qoyulan ekoloji tələbləri müəyyən edir və layihələndirilən, tikilən, yenidən qurulmuş və istismara verilmiş daşınmaz əmlak obyektlərinin bütün kateqoriyalarına şamil edilir.

Normativ sənəddə daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərin strukturu, ekoloji tələblərin baza kateqoriyaları və kriteriyaları, daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərə riayət edilməsinin qiymətləndirilməsi metodları və digər informasiyalar mövcuddur.

Qeyd edək ki, yeni təsdiq edilmiş dövlət standartının tətbiqinə bu ilin 15 mart tarixindən etibarən başlanılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA