İlham Əliyevin müşaviri vəzifədən azad olundu

img

12-03-2014 [17:50]


AMEA-nın müxbir üzvü Kamal Abdulla AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsindən azad edilib.

SİA-nın xəbərinə görə, bu barədə qərar Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. İclasda RH-nin qərarı ilə K. Abdullanı AMEA-nın müxbir üzü Teymur Kərimli əvəz edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Kamal Abdulla Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA