Ceyhun Bayramovla Ukrayna xarici işlər naziri bir-birinə məktub göndərib
06-02-2022 [14:27]
Azərbaycan Respublikası və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında məktub mübadiləsi baş tutub.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, Ceyhun Bayramov 30 il ərzində qarşılıqlı maraqlar üzərində inkişaf edən və strateji səviyyəyə yüksələn münasibətlərimizin siyasi, iqtisadi-ticarət, mədəni humanitar sahələrdə möhkəmləndiyini, eləcə də regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini qeyd edib.
Azərbaycan və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalaraq, bir-birlərinin ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.
Ceyhun Bayramov qeyd edib ki, ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsi xalqlarımızın və dövlət başçılarımızın iradəsinə söykənir. Bu xüsusda, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində, 14 yanvar 2022-ci il tarixində Ukraynaya səfərinin ikitərəfli əlaqələrə verilən önəmin göstəricisi kimi vurğulanıb.
Nazir, iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətt üzrə daha da inkişaf edəcəyinə inam ifadə edib.
Dmitro Kuleba məktubunda dövlətlərimizin diplomatik münasibətlərimizin tarixini hələ bir əsr bundan öncə yazmağa başladığını, ötən müddət ərzində həm Ukraynada, həm də Azərbaycanda bir çox dəyişikliklər olduğunu qeyd edən nazir Kuleba, yalnız dostluq, hörmət və xüsusilə də, hər iki dövlətin suverenliyi və ərazi bütövlüyünə olan qarşılıqlı hörmətin dəyişməz olaraq qaldığını vurğulayıb.
Azərbaycanın Ukrayna üçün etibarlı strateji tərəfdaşı olaraq qaldığını qeyd edən nazir, Ukrayna-Azərbaycan əməkdaşlığının, o cümlədən Xarici İşlər Nazirlikləri səviyyəsində mövcud əməkdaşlığın bundan sonra da etimad və qarşılıqlı anlayış əsasları ilə səmərəli şəkildə inkişaf edəcəyindən, birgə səylərin beynəlxalq arenada iddialı məqsədlərimizin gerçəkləşməsinə təsir edəcəyindən əminlik ifadə edib.
Nazirlər bir-birlərini təbrik edərək, iki dost xalqa sülh, əmin-amanlıq və rifah arzu ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi