Ağcabədidə camaat ayağa qalxdı; Zaur Baxşəliyevin verilişi sakinləri narazı salıb

img

12-03-2014 [16:24]



Bu dəqiqələrdə Ağcabədidə etiraz aksiyası keçirilir.Gunxeber.com-un bölgədəki əməkdaşının verdiyi məlumata görə, Ağcabədi Rayon İcra hakimiyyətinin qarşısına 500 nəfərdən çox adam toplaşıb.

Rayon sakinləri teleaparıcı Zaur Baxşəliyevin ATV telekanalında yayımlanan "Ümid var” verilişində ağcabədililəri aşağılayan süjetlər verməsi və təhqiramiz ifadələr işlətməsinə etiraz edirlər. İcra hakimiyyətindən sakinlərə bildirilib ki, onların etirazı lazımi instansiyalara çatdırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA