Gürcüstan Aşıqlar Assosiasiyası yaradıldı

img

05-02-2022 [17:43]


Tbilisidə keçirilən Gürcüstan Aşıqlar Assosiasiyasının təsis yığıncağı başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, toplantıda 17 üzvdən ibarət İdarə Heyəti formalaşdırılıb.

Aşıq Nargilə Mehtiyeva çıxışında təşkilatın yaradılmasının zəruriliyindən danışıb. Onun sözlərinə görə, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi ölkədəki aşıqlar və onların fəaliyyətləri barədə məlumatsızdır. “Aşıq sənətinin yaşadılması və daha fəal təbliğatı üçün bir sıra layihələr hazırlanıb və onların bir qisminin Gürcüstan Dövlət Folklor Mərkəzi ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməsi planlaşdırılıb. Assosiasiyanın ilk fəaliyyət istiqamətləri də məhz bu layihələri reallaşdırmaqdan ibarət olacaq”.

Gürcüstan Dövlət Folklor Mərkəzinin direktor müavini Giorgi Qabunia jurnalistlərə açıqlamasında təşkilatın təsis olunmasını alqışladığını bildirib: “Aşıq sənəti Gürcüstan mədəniyyətində xüsusi yer tutur və onun dövlətin dəstəyi ilə tanıdılması çox önəmlidir. Mərkəzimiz birgə səylər və layihələrlə bu sənətin təbliğatına töhfə verməyə hazırdır”.

Toplantıda bildirilib ki, İdarə Heyəti təşkilatın nizamnaməsini hazırlayacaq. Qurultayın mart ayının əvvəlində keçirilməsi nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR