Qadınlar Şurasının sədri istefa verdi, tanınmış yazar sədr, onlar isə müavin seçildi - VHP-də toplantı (FOTOLAR)
05-02-2022 [15:09]
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Qərargahında partiyanın Qadınlar Şurasının toplantısı keçirilib.
Partiyadan Mia.az-a bildirilib ki, toplantını VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı açıb.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasın gündəliyi təsdiq edildikdən sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı toplantı iştirakçılarının salamlayaraq qadınların milli tariximizdə, bu günümüzdə və partiya fəaliyyətində rolundan danışıb: "Qadına, anaya hörmət Azərbaycan xalqının minillik ənənəsindədir: Ana haqqı Tanrı haqqıdır, deyib atalarımız. Əski türk təfəkküründə mövcud olan qadınların seçmək, ərləri ilə bərabər məsuliyyəti daşımaq Azərbaycanda həmişə qorunub. Azərbaycan qadınları illərlə ana dilini unudulmağa qoymadı: laylalar, ənənəyə bağlılıq milli varlığımız olan dilimizi, mentalitetimizi yaşatdı və əlbəttə ki, Milli Azadlıq Hərəkatında da yenə Qadınların ön sıralarda görməyimiz təsadüfü deyildi. Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında kişilərlə çiyin-çiyinə olan Azərbaycan qadını son 30 ilin işğal acısını da hamıdan artıq içində yaşatdı. İkinci Qarabağ savaşında dünyaya səs salan döyüş qəhrəmanlığında məhz Azərbaycan qadınlarının yetişdirdiyi övladların imzası var. Bu gün də dövlət quruculuğunda, cəmiyyətin maariflənməsi və inkişafında Azərbaycan Qadını ön sırada durur. Vətəndaş Həmrəyliyi Partiyası da yarandığı gündən qadınların fəaliyyətinə önəm vermiş, hər zaman partiyanın rəhbər strukturlarında qadınlar təmsil olunmuşdur. Bu il yaranmasının 30 illiyini qeyd edən VHP ideologiyasının, siyasi xəttinin sabitliyinə görə Azərbaycan siyasi sistemində xüsusi yer tutur və heç şübhəsiz bu prosesdə bizimlə birgə yol gələn qadınların xidməti müstəsnadır. Sizin hər birinizə şəxsi həyatınızda uğurlar diləyir və partiya fəaliyyətində bundan sonra da aktiv olacağınıza ümid edirəm”.
Daha sonra VHP Qadınlar Şurasının üzvləri Narıngül Nadır, Şəfəq Sahibli, Aysel Bəgəliyeva, Kəmalə Hüseynova, Müşfiqə Baləddinqızı, Gülər Eldarqızı çıxış edərək Vətəndaş Həmrəyliyi Partiyasının keçdiyi tarixi yoldan, qadınların siyasi fəaliyyətinin cəmiyyət üçün faydalarından, VHP-çi qadınların partiya işində iştirakının daha da artırılmasının zəruriliyindən bəhs ediblər.
Daha sonra gündəliyə uyğun təşkilati məsələyə baxılıb.
VHP Qadınlar Şurasının sədr əvəzi Şəfəq Qulusoy hesabat məruzəsi ilə çıxış edib, partiya strukturunda yeni vəzifə tutduğu üçün bu vəzifəni apara bilməyəcəyini bildirib.
VHP Qadınlar Şurasının 17 nəfərdən ibarət Məclis üzvü seçilib.
Tanınmış yazar Aysel Xanlarqızı VHP Qadınlar Şurasının sədri, Narıngül Nadir, Aysel Bəgəliyeva və Aydan Səfərova VHP Qadınlar Şurasının sədrinin müavinləri seçilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi