Talassemiya xəstəliyindən əziyyət çəkən uşağın valideyni dad edir!

img

12-03-2014 [12:45]


İndicə saytımıza edilən zənglə, talassemiya xəstəliyindən əziyyət çəkən uşağın atası, Sumqayıt sakini Orucov Murad tərəfindən şikayət daxil olub. Birlik.az saytı şikayəti olduğu kimi təqdim edir:

"Övladımın xəstəliyi səbəbilə Sumqayıtda Talassemiya mərkəzinə gəlmişəm, uşağım qan azlığından əziyyət çəkir. Amma xəstəxanada müalicə etmək əvəzinə, burda mənim üstümə qışqırırlar. Mən onlara etirazımı bildirmək istədim, ancaq onlar mənə soyuq münasibət göstərdilər. Məcbur olub, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurdum. Qaynar xəttdən mənə bildirdilər ki, baş həkimə müraciət edin. Bunu dedikdən dərhal sonra isə telefonu yerə asdılar. Mərkəzin baş həkimi Rauf müəllimə müraciət etsək də, o bizə heç bir kömək göstərmədi. Xəstəxananın digər həkimi isə Sevil xanım mənim üstümə qışqırır ki, sənin övladına mən baxmayacam. Keçən aydan tapdığım donor qan uşağa verilmir. Dövlət tərəfindən verilən dərmanlar da mərkəz tərəfindən verilmir. Biz kimə şikayət edək, kimdən kömək istəyək?!"

Valideynin telefon nömrəsi: 070- 387-15-15

Qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA