600 min dollar, sikkələr, qızıl təsbeh, Türkiyədə evlər, mağazalar... - Dövlət Xidmətinin keçmiş rəisinin nələri müsadirə olunub? (SİYAHI)
03-02-2022 [17:33]
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun üzərinə həbs qoyulan pul və əmlaklarının sayı məlum olub.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 may 2020-ci il tarixli qərara əsasən, təqsirləndirilən şəxsin xidməti iş otağında aşkarlanaraq götürülmüş 2 615 manatı, habelə onun evində aşkar olunaraq götürülən 10 000 manat və 180 000 ABŞ dolların üzərində qoyulan həbs saxlanılıb.
Bundan başqa, 13 may 2020-ci il tarixli əmlak üzərinə həbs qoyulması haqqında protokola əsasən, Z.Sultanovun adına bankdakı depozit qusutunda 600 000 ABŞ dolları, üzərində PAMP yazılan 4 ədəd hər biri 100 qram olan sarı rəngli metal sikkə, üzərində PAMP yazılan 2 ədəd hər biri 10 qram olan sarı rəngli metal sikkə, üzərində “15 rubley 1897” yazılan 1 ədəd sarı metaldan sikkə, üzərində “10 rubley” yazılan 3 ədəd sarı metaldan sikkə, üzərində “5 rubley” yazılan 3 ədəd sarı metaldan sikkə, üzərində “ən xoş arzularla” sözləri yazılan 1 ədəd 585 əyyarlı tünd qəhvəyi qabda olan sarı rəngli metal sikkə, 2 ədəd sarı rəngli metal yaxa nışanı, 1 ədəd sarı rəngli metal təsbeh, üzərində “Zvezda” sözü yazılan sarı metaldan olan 1 ədəd sarı rəngli metal qol saatı, 1 ağ metal və qara rəngli dəridən ibarət olan bilərziyin üzərində həbs saxlanılıb/Report.
Bundan əlavə, Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov 2016-cı ildən Türkiyə vətəndaşlığını aldığı da bəlli olub.
Bu barədə Mia.az APA-ya istinadla xəbər verir ki, həmin əmlaklar 2010-2011-ci illərdə alınıb.
Onun İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağazası var, həmin mağaza hazırda icarədədir.
İstanbul şəhəri, Beşiktaş rayonu, Ortaköy küçəsində yerləşən mənzili isə artıq sökülüb. Eyni zamanda, İstanbul şəhəri, Şişli rayonu, Şişli küçəsində yerləşən mağazası da var, hazırda həyat yoldaşının yaxın qohumu tərəfindən şirniyyat evi kimi işlədilir.
Bundan başqa, İstanbul şəhəri, Bakırköy rayonu, Osmaniye küçəsində yerləşən mağazası da olub, həmin mağaza isə təxminən 2 il bundan qabaq onun tərəfindən satılıb.
Qeyd edilənlərlə yanaşı, İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində mənzili, İzmir şəhəri, Çeşme rayonu, Alaçatı küçəsində bağ evi var.
İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağazadan başqa qalan əmlaklar anası tərəfindən alınaraq ona bağışlanılıb.
Z. Sultanov 2016-cı ildə Türkiyədə “Akbank”dan 7 600 000 türk lirəsi kredit götürüb və hazırda həmin kredit ödənilməmiş qalır.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub/.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi