Kamran Əliyev gəlinin qayınanasını öldürməsi iddiası ilə bağlı işi xüsusi nəzarətə götürüb
02-02-2022 [15:17]
Baş prokuror Ağcabədidə gəlinin qayınanasını öldürməsi iddiasını xüsusi nəzarətə götürüb.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağcabədi şəhər sakini Əfsanə Cəfərovanın 1 fevral 2022-ci il tarixdə “ARB” televiziya kanalının “Səni axtarıram” adlı verilişində qaynanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olması barədə məlumat verməsi ilə məsələ araşdırılır:
"Bildiririk ki, 1962-ci il təvəllüdlü Faxrəndə Həsən qızı İbrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə rayon prokurorluğunda araşdırma aparılmaqla onun ölümündə kənar şəxslərin iştirakı, hadisənin baş vermə faktı və digər sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətlər icra edilib.
Araşdırma zamanı Faxrəndə İbrahimovanın ailə üzvləri ilə, o cümlədən gəlini Əfsanə Cəfərova ilə münasibətləri, aralarında ədavət və ya münaqişələrin olub-olmaması da yoxlanılmaqla, onların hər birinin hadisə gününə aid alibiləri, istifadələrində olan mobil telefonlar üzrə qeydə alınan zənglər, antena göstəriciləri, SMS məlumatları təhlil olunub.
İlkin araşdırma zamanı Əfsanə Cəfərova prokurorluqda verdiyi çoxsaylı izahatlarında baş verən hadisəyə hər hansı formada aidiyyətinin olmadığını, Faxrəndə İbrahimovanın ölümünün təbii səbəblərdən baş verdiyini göstərmiş, eləcə də kənar şəxslər tərəfindən cinayətin törədilməsinə əsas verən hər hansı dəlillər əldə olunmadığından 3 mart 2020-ci il tarixdə toplanan material üzrə cinayət işinin başlanması rədd edilib.
Faxrəndə İbrahimovanın oğlu Elşad Cəfərovun 18 noyabr 2021-ci il tarixli ərizəsində qeyd olunan xüsusatlarla əlaqədar cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar 22 noyabr 2021-ci il tarixdə ləğv edilməklə Əfsanə Cəfərova və onunla yaxın münasibətlərdə olan digərlərinin hadisədə mümkün iştiraklarının yoxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi planlaşdırılıb.
Əfsanə Cəfərovanın televiziya verilişində səsləndirdiyi məlumatlarla bağlı 2 fevral 2022-ci il tarixdə Faxrəndə İbrahimovanın ölüm faktı üzrə başlanan cinayət işinin istintaqı Azərbaycanın Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Bununla belə Cinayət Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
"Odur ki, hazırda Əfsanə Cəfərovanın cinayət hadisəsi ilə əlaqədar ziddiyyətli ifadələr verməsi nəzərə alınaraq iş üzrə bütün halların tam, hərtərəfli araşdırılması məqsədilə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatların verilməsi təmin olunacaqdır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi