Nazirlik 20-dən artıq müxtəlif metrajlı filmə maliyyə dəstəyi göstərib

img

02-02-2022 [14:17]


Mədəniyyət Nazirliyi ötən bir il ərzində Vətən müharibəsindəki qələbəyə həsr olunan 20-dən artıq müxtəlif metrajlı filmin istehsalına maliyyə dəstəyi göstərib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu ekran əsərləri arasında həm dövlət studiyaları, həm də özəl prodüser mərkəzləri tərəfindən çəkilən filmlər var:

"Nazirlik tərəfindən Vətən müharibəsinə həsr olunan “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi uğurla başa çatıb. Müsabiqədə seçilən 11 film layihəsinin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir. Nazirliyin dəstəyi ilə çəkilən “Biz” və “Şuşa, sən azadsan!” sənədli filmləri artıq 2021-ci ildə tamaşaçılara təqdim olunub".


Digər xəbərlər
SON XƏBƏRLƏR