Rektoru qaralayan saxta e-maillə bağlı daha bir açıqlama

img

12-03-2014 [09:49]


Qafqaz Universiteti rektoru, professor Əhməd Saniçın adına açılmış saxta e-maildən Azərbaycan mətbuatına göndərilən məlumatların yalan olduğunu təkzibləyən sözügedən universitetin rəhbərliyi yeni məlumat yayıb.

 Mia.az-a Qafqaz universiteti ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Natiq Paşanın adından daxil olan məlumata görə, həmin saxta e-mail ünvanla bağlı araşdırma aparılıb: "İctimaiyyətə bildiririk ki, aidiyatı qurumlara bu saxta e-mail ünvanın haradan, kim tərəfindən, nə zaman açılması haqqında araşdırma aparılması üşün müraciət etmişdik. Müraciət nəticəsində müəyyən edilmişdir ki, bu saxta  e-mail Türkiyədə açılmış, həqiqətə uyğun olmayan xəbərlərin də Türkiyədən Azərbaycan mediasına göndərilib. Doğmalarından ayrilaraq ölkəmizə gəlmiş olduğu 9 il ərzində Umummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu Möhtərəm Prezidentimiz İlham Əliyevin  uğurla  davam etdirdiyi modern Azərbaycan təhsil siyasətinin uğurla heyata keçirilməsində iştirak edən dünya şöhrətli alim haqqında bu cür həqiqəti əks etdirməyən xəbərlərə dəyərli media nümayəndələrimizin də həssas yanaşmasını, mənbəyi bilinməyən məlumatlar yaymaq  əvəzinə, onları düşündürən suallarla bizə müraciət etmələrini  təmənni edirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA