"ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin müstəqilliyini gücləndirir" - Hikmət Hacıyevdən ABŞ-a mühüm mesajlar
01-02-2022 [23:17]
"Azərbaycan-ABŞ əlaqələri son 30 ildə inkişaf, dostluq və tərəfdaşlıq baxımından uğurlu olub".
Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan 11 sentyabr terrorundan sonra ABŞ-ın başlatdığı mübarizədə hərbi və logistik dəstək göstərib:
"Azərbaycan son 30 ildə yaxşı dost olduğunu sübut edib. Öz növbəsində ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib".
Prezidentin köməkçisi, həmçinin Azərbaycanın ABŞ-a İraq və Əfqanıstandakı missiyalarında dəstəyini vurğulayıb.
PA rəsmisi deyib ki, 2021-ci ildə Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin 400 milyon dollardan çox olub: "Təbii ki, bu, tərəflərin potensialına tam cavab vermədiyindən, ticari-iqtisadi əlaqələri daha da gücləndirmək planları var. ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin mühüm komponentlərindən biri enerji təhlükəsizliyi məsələsidir. Vaşinqtonun dəstəyi və Amerika şirkətlərinin fəal iştirakı ilə Azərbaycan neft və qaz ehtiyatlarını birbaşa və müstəqil şəkildə beynəlxalq bazarlara çıxara bilib".
H.Hacıyevin sözlərinə Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın ən böyük investisiyalarını alan ölkələrdən biridir: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hər şey tamamilə dağıdılıb. Burada yeddi yeni şəhər salınmalıdır. Azərbaycan hökuməti üçün prioritet ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasıdır. Biz, ABŞ şirkətlərini sərmayə qoymağa və bu prosesdə iştirak etməyə təşviq edirik".
Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan öz xarici siyasətində təhlükəsizliyə əsaslanan konsepsiyadan iqtisadiyyata əsaslanan konsepsiyaya keçir: "Azərbaycanın işğal altında olan əraziləri azad edildikdən əsas təhlükəsizlik problemini həll edib: Azərbaycan bu problemi həll etdikdən sonra hazırda bütün diqqətini region və dünya ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəldə bilər. Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələr hər iki tərəf üçün faydalıdır. Azərbaycanla müqavilələr ABŞ-da yeni iş yerlərinin açılmasına kömək edir. Xüsusilə, aviasiya, kosmos və digər sahələrdə əməkdaşlıq səmərəlidir.
Biz, həmçinin iki ölkə vətəndaşları arasında əlaqələrin genişləndirilməsini, turizmin inkişaf etdirilməsini və ABŞ-ın ayrı-ayrı ştatları ilə birbaşa əməkdaşlığı gözləyirik ki, bu da mühüm əhəmiyyətə malikdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi