11-03-2014 [23:42]
- İlqar bəy, Rusiya ilə qonşu Ukrayna arasında konflikt artıq təhlükəli savaş həddinə çatmaqdadır. Bizi maraqlandıran, bir araşdırmaçı kimi, bu problemin səbəbləri və doğura biləcək nəticələri barədə fikirlərinizdir. - Bu günkü Rusiya ilə Ukrayna arasındakı qarşıdurmanı həm xalqlararası, həm də Moskva-Ukrayna, Kreml-Ukrayna, yəni Rusiya siyasi elitası ilə Ukrayna xalqı savaşı kimi adlandırırlar. İstənilən halda bu konflikt iki qonşu slavyan dövlət arasında ciddi problemə çevrilib. Səbəblər cox müxtəlifdir. Burada geosiyasi, iqtisadi, ictimai, milli-mənəvi və sair problemlər mövcuddur. - Əsas səbəb nədir bunların içində? Hansı ki, bütün başqalarını əlavə səbəblərə çevirə bilir. - SSRİ dağılandan bəri onsuz da zəifləmiş Rus imperiyası ilbəil mövqelərini ititrir., Onun rəqibi Qərb isə heç bir qələbə hüdudunda dayanmır, irəliləyir. Moskvanın öz bufer zonası hesab etdiyi postsovet ölkələrini bir-bir onun təsir zonasından çıxarır. Ən vacib strateji bufer olan Ukraynanı itirmək görünür, Moskvanın bərk qəzəbləndirib. Ancaq bundan da əsas vacib səbəb Ukrayna və Rus xalqları arasındakı milli-mənəvi tarixi problemdir. Bu iki slavyan xalqı arasında müəyyən köklü ziddiyyət olmasaydı, bu xalqlar heç imkan verməzdilər ki, nə Qərb, nə Şərq nə də hansısa qüvvə bu iki ölkəni qarşı-qarşıya qoya bilsin. - Maraqlıdır iki qonşu, oxşar və qardaş xalq arasında bu qədər dərin, mental ziddiyyətin olmasını qeyd edirsiniz. İki qonşu türk və ya ərəb dövləti arasında bu cür ciddi qarşıdurma yoxdur. - Bəli, maddi, ərazi problemindən də çətini milli-mental mahiyyət daşıyan ziddiyyətdir, türkdilli dovlətlər arasında şükür ki, bu yoxdur, olmayıb. Məsələ nədədir? Təsəvvür edin ki, oğul böyüyüb atasından soyuqluqla ayrılıb. Bu azmış kimi, onu boyüdüb başa çatdıran atanı saymır, hörmətsiz edir, üzünə qayıdır. Bu da azmış kimi, üstəlik atasını öz təsiri, hegemonluğu altına salıb, öz köləsi etmək istəyir. Bu artıq dəhşətdir, deyilmi!? Rusiya əslən Ukraynadan törəyən millətdir, yəni onun övladı sayılır. Qədim Rusiyanın paytaxtı Kiyev olub. Monqollar qədim, möhtəşəm Kiyevi aylarla mühasirə hesabına çətinliklə alan vaxt Moskva çay kənarında bir qəsəbə olub. O qədər kiçik olub ki, monqol qoşunu əhəmiyyət verməyib böyründən keçib yuxarı Novqorod şəhərinə doğru gedib. Bunlar danılmaz tarixdir. Ümumrusiya provaslav kilsəsi, yəni baş keşiş Kiyevdə yerləşib. Neftin, qazın əhəmiyyət daşımadığı dövrlərdə varlı qara torpaq Ukraynada olub, moskovitləri yedirdib, təmin edib. Zaman keçib, moskva rusları inkişaf edib, Şərqə doğru gedib müxtəlif millətləri, türk tayfalarını əsarətinə salıb, imperiya yaradıb. Bu da azmış kimi, özünün törədiyi slavyan Ukrayna xalqını da hörmətsiz edərək öz kölə sferasına qatıb. Özünə velikorus, Kiyev rusları ukrainləri isə malorus adlandırıb. Rus şovinizmi Möhtəşəm qədim Kiyevi, Ukraynanı "okrain” yəni, Rusiyanın bir kənarı, ukrainləri istehzalı "xoxol” adlandıib kiçik yad millətlər sırasına qatdıb, əsrlərlə ruhən incik salıb. Bu hegemonçu siyasət illərlə bütün rus xalqına aşılanıb. Ruslarda bu üstün, hegemon tendensiya, ukrainlərdə isə daxili etiraz, yəni mental dərin ədavət bu gün də qalır. Ona görə də bu gün rus baş bilən alimləri təəccüb qalıb bildirirlər ki, Rusiya ukrainlərə doğru neft, qaz, sənaye və s. baxımdan ne qədər addım atsa da ukrainlər onları sevmir ki, sevmir. İki xalq arasında ədavətin, dönməz barışmazlığın kökü bürdadır. - Söylədiyinizdən belə çıxır ki, Kiyevdə Maydan hərəkatı əslində Rusiyaya etiraz imiş? - Elədir ki, var. Maydan hərəkatında xalqın basilica məqsədi Putindən, Moskvadan, Rus şovinizmindən qurtulmaq idi. Zəif və özünü itirmiş Yanukoviçin hakimiyyət bandasından qurtulmaq ikinci, həm də çətin olmayan məsələ idi. - Bəs Ukraynanın daxili işi sayılan Kiyevdəki inqilabi proseslərə Moskvanın belə sərt reaksiyası nədən oldu? Nə üçün iki ölkə arasındakı münasibət qısa müddətdə bu cür kəskinləşdi? - Qərblə Rusiya arasında illərdir ki, savaş gedir. Qərb illərdir ki, aram aram Rusiya ətrafı ölkələri onun təsir dairəsindən çıxarır. Bu həm də, birinci növbədə həmin ölkələrin xalqlarının azadlıq istəyidir. Ukrayna Rus imperiyasının çöküşü üçün mühüm strateji əhəmiyyət kəsb edir. Qərb strateqləri Ukrayna xalqının Rusiyadan olan dərin inciklik və narazılığını gözəl bilir. Həm də xalqın Yanukoviç hakimiyyəti özbaşınalığından kəskin narazılığını bilir. Bütün bunları bilərək, Qərb Putinin Soçi olimpiadasına, şöhrətə başının qarışmasından yararlanıb narazı elektorata dəstək verdi. Prezident Yanukoviçin də Maydan hadisələri zamanı uğursuz davranışı, Qərb və Rusiya arasında oynayıb, guya balans saxlayıb yəni nala-mıxa vurması da öz rolunu oynamadı. - Yəni, imkanlar üst-üstə düşdü… - Təbii ki, beləliklə, xalqın Avropa yönlü qətiyyəti, Qərbin güclü fəaliyyəti və dəstəyi, Kremlin arxayınçılığı, Yanukoviçin zəif qeyri-stabil durumu prosesləri nəzarətdən çıxarıb təbii yöndəmə saldı. Rusiya ayılıb gördülər ki, Kiyev və neçə ildi ipi Putinin əlində olan Yanukoviç hakimiyyəti əldən çıxıb, artıq xalq hakimiyyəti götürüb. Ukraynanın itirilməsi təbii ki, Rusiya imperiyasının sonunun başlanğıcıdır. Putin bunu bilir və onu dəhşət bürüyür. Onun kimi, psixoloji baxımdan paranoya patalogiyalı insanlar əslində qorxaq və vahimələnən olurlar. O yaxşı bilir ki, rus xalqını yalnız özünü güclü, qətiyyətli göstərib qorxu yaratmaq hesabına idarə edib. Xalq onun qorxaq və zəif olduğunu, zəiflədiyini bilsə, dərhal aşırar. Beləliklə şokdan çıxan kimi dərhal başladı cürətli, və qəti addımlar atmağa. Yəni, heç olmasa görüntü xatirinə, Krım variantından istifadə etməyə. Xalqa göstərsin ki, bax mənim əlimdən Ukraynanı aldılar, amma mən də son anda cürət göstərib Krımı qopartdım, rus xalqı yayda Krım çimərliklərində özünü rahat günə verə bilər. Bu qədər. - Səbəblərdən danışdıq. Sizin fikrinizcə bu konfliktin nəticələri necə ola bilər. Çünki bütün region bu saat gərginlikdədir bununla əlaqədar. - Düşünürəm ki, mövcud Rusiya-Ukrayna konflikti 3 istuqamətdə cərəyan edə bilər. Amma bəri başdan deyim ki, hər 3-ü Rusiyanın, daha doğrusu onun rəhbərliyinin agır sarsıdıcı məğlubiyyəti ilə nəticələnəcək. Birincisi sülh variantıdır. Putin hansısa danışıqlar adlıya, bəhanə ilə geri çəkilir, Krım Ukrayna tərkibində qalır. Bu zaman Kremlin müharibə və qələbə ritorikası ilə həvəslənib qabağa getmiş Ukrayna rusları, Rusiya şəhərlərində vətənpərvər mitinqləri keçirənlər, müharibə qərarı vermiş Federasiya Şurası, Moskva Pravoslav Kilsəsi, müxtəlif ictimai-siyasi xadimlər pis ofsayd vəziyyətində qalır. Putin rus xalqı və bütün dünya qarşısında zəif və cılız vəziyyətdə qalır, neçə ildə qurduğu saxta imici ifşa olunur. - Amma bunun əksi yəni müharibə variantı da istisna deyil. - Müharibə ikinci variantdır. Ukrayna həm ərazisinə, həm əhalisinə görə böyuk dövlətdir. Xalqı da vuruşqandır, hərbi təcrübə keçmiş çoxlu mütəxəssisləri var. İndi keçən hər saat, hər dəqiqə ukrainlərin xeyrinə, onların dövlət və hərbi cəhətdən möhkəmlənməsinə işləyir. İnqilaba qədərki dövrdən fərqli, yeni hakimiyyət buna imkanlar açır və Avropadan təcili çoxlu kömək gəlir. Təbii ki, insanlarda da vətənpərvərlik, müqavimət ruhu artır. Rus hərbisinə qarşı müxtəlif, nizami ordu, partizan hərəkatı, diversiyalar və s. formada müqavimət başlayar. Qardaş slavyan dövlətinə qarşı müharibə rus xalqınin, ictimai elitasının özündə və ümumiyyətlə bütün dünyada pis qarşılanar. Bu lokal müharibə variantıdır. Qlobal müharibədə, yəni Qərb də buna qoşulsa, qısa müddətdə Rusiya hərbi obyektləri vurular və Rusiyanın sonu gələr. Putin və ətrafı bunu gözəl hiss edir. Üçüncü variant isə, Krımın Ukraynadan alınmasıdır. - Bu yəqin ki, son variantdır və bu saat cərəyan
edən hadisələr də buna doğru gedir. - Bu variantın da Moskva üçün xeyri yoxdur və nəticə etibarı ilə ziyanı olacaq. İndiyədək Rusiya Azərbaycan üçün Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı Respublika yaradım nə xeyri olub? Bunlar bir siyasi və iqtisadi yükdür onsuz da imkanı zəif olan Rusiya xalqı üçün. Həmin bölgələr özlərini himayəyə verib arxayınlaşir, işləyib çalışmır, daima Rusiyadan hazır yardım gözləyirlər. Qərb və dünya ictimaiyyəti isə bu beynəlxalq normalara zidd syasətindən istifadə edib Rusiyanı müxtəlif sanksiyalarla boğur. Krım məsələsində bu sanksiyalar birə-beş artacaq. Bu dəfə hətta Çin və İran kimi antiqərb dövlətlərin Rusiyaya dəstək olmadığını gorsək, Putinin Lukaşenko və Nazarbayev kimi sıx müttəfiqlərinin Rusiyanın mövqeyini müdafiə etmədiyini görsək Moskva bütün dünyada təcrid vəziyyətinə düşür. Sonda yenə uduzur. Variant kimi o da ola bilər ki, Qərblə Moskva arasında razılaşmaya əsasən Krıma müstəqil dövlət statusu verilsin. - Bu da maraqlıdır və həm də gərginliyin azaldılması üçün ağlabatandır doğrusu. - Beynəlxalq birliyin nəzarətində yaradıla biləcək bu yeni dövlət də cox yəqin ki, sonradan Kırım türklərinin, ukrainlərin ixtiyarına keçəcək. Çünki Rusiya Federasiyası çox keçmədən dağılacaq və Moskvanın Krıma təsiri sıfıra enəcək. Bu variant krım türkləri üçün perspektivdə şans gətirə bilər yəni, tarixi dovlət müstəqilliklərinin bərpası baxımından. - Rusiya prezidenti vladimir Putinin şəxsiyyəti, onun enerji və bacarığı həm də qeyri-adekvatlığı barədə çoxlu diskussiyalar var. Sizcə Putin düşüncəsi dünyanın 1 nömrəli probleminə çevrilmış Ukayna dartışmasını sülh yönümündə həllinə imkasn verəcəkmi? - Cənab Putin fikrimcə, çox böyük bir yükün altına girib. Düzdür, enerjili və bacarıqlı insandır. Amma onun genetik beyin tutumu, yəni intellekt səviyyəsi uzağı "KQB”-nin idarə rəisi postuna kifayət edərdi. Onu hakimiyyətin birinci adamı öz şəxsi potensialı yox, əlverişli şərait edib. Bu mənada, Rusiya Feferasiyası kimi nahəng və ziddiyyətli ölkəni, həm də çürüməkdə olan imperiya tör-töküntüsünü idarə etmək və həm də diktator olaraq tək idarə etmək, özünü çox ağır bir yükün altına vermək deməkdir. Böyük bir ölkədə hakimiyyət qollarını, iqtisadiyyatı, siyasəti, cəmiyyəti və hər şeyi qatlayıb dizinin altına qoymaq həm ağır cavabdehlik yüküdür. Digər tərəfdənsə qeyri-məhdud hakimiyyət, özbaşınalıq imkanları yaradır. Fitri istedad və intellektə malik olmayan hər bir insan belə agır yükdən sarsıntıya, belə hüdudsuz imkandan isə boşalmaya uğrayır. Nəticədə şəxsiyyətin deformasiya və deqradasiyası baş verir. Hadisələrə, ətrafa, real həyata qeyri-adekvat yanaşmalar baş verir. Məsələn RF prezidenti kimi ciddi bir postun sahibi
deltaplanda uçur, özü də mütləq durnaların müşaiyəti ilə. 30 illik, iki böyük övladın anasını boşayır, özü də nümayişkaranə surətdə telekanallar, xalq və dünya ictimaiyyəti qarşısında. Düşünürəm ki, bu cür zəif, dayanıqsız durumla Putin beynəlxalq təcriddə olduğunu, öz hakimiyyət piramidasının söküldüyünü, xalqın coşa biləcəyini duyub, imperiya ambisiyalarını kənara qoyub Qərbin tərəfdaşına da çevrilə bilər. Çarəsiz qalıb hətta, RF-nın NATO-ya daxil olmasına imkan yarada bilər. Bu hal isə, artıq Kreml imperiyasının sonu, xalqların azadlığı deməkdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi