Ukraynada məcburi hərbi xidmət ləğv olunacaq - Bu tarixdən
01-02-2022 [17:34]
Ukrayna Prezidenti Vladimir Zelenski “Dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, Ukrayna Silahlı Qüvvələrində hərbi xidmətin cəlbediciliyinin artırılması və peşəkar ordunun əsaslarına mərhələli keçid üzrə prioritet tədbirlər haqqında” fərman imzalayıb.
Bu barədə Ukrayna Prezidentinin saytında məlumat verilib.
Fərmanda bütün hərbi qulluqçuların pul müavinətlərinin minimum əmək haqqının üç mislindən aşağı olmamaq şərti ilə mərhələli şəkildə artırılması; hərbi qulluqçuların, veteranların və onların ailə üzvlərinin mənzil təminatı konsepsiyasının işlənib hazırlanması; zabit karyera inkişafı sistemini əhatə edir.
Sənədə əsasən, Nazirlər Kabineti cari ilin dövlət büdcəsinə Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul müavinətinin minimum əmək haqqının azı iki misli qədər artırılması üçün maliyyə vəsaiti nəzərdə tutan dəyişikliklər hazırlamalıdır. Həmçinin 2023-cü il ərzində uzunmüddətli müqavilə bağlayan hərbi qulluqçuların pul müavinətinin minimum əmək haqqının üç misli qədər artırılması nəzərdə tutulur.
Sözügedən fərmanda növbəti üç il ərzində Ukrayna Silahlı Qüvvələrinin sayının 100 min nəfərə çatdırılması və Ukrayna Silahlı Qüvvələrinin əlavə 20 briqadasının yaradılması qeyd olunub. Sənəddə həmçinin Ukrayna Silahlı Qüvvələrinin peşəkar əsaslarla formalaşmasına mərhələli keçid, xüsusilə, hərbi xidmətin mümkün alternativ forması kimi intensiv hərbi təlim sistemi modelinin tətbiqi və 2024-cü il yanvarın 1-dən Ukrayna vətəndaşlarının hərbi xidmətə çağırışının dayandırılması da qeyd olunub.
"Bu fərman Ukraynanın peşəkar orduya keçidinin başlanğıcıdır. Bu fərman ona görə deyil ki, “müharibə tezliklə gələcək”. Bu fərman ona görədir ki, tezliklə və gələcəkdə sülh, Ukraynada sülh olsun. Vətənimizin çoxlu dostları var və biz onlara çox minnətdarıq. Amma dostların öz vətənləri var. Ona görə də heç kim bizim əvəzimizə Ukraynanı qurmayacaq, Ukraynanı qorumayacaq, onu xilas etməyəcək, ayağa qaldırmayacaq”, - deyə Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radanın yeddinci sessiyasının açılış mərasimində çıxışı zamanı bildirib/APA.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi