Vaqif Axundovdan oğlu ilə bağlı məlumatlara reaksiya - (Fotolar)

img

11-03-2014 [17:21]


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov virtualaz.org və haqqin.az saytlarında "Vaqif Axundovun oğlu - "əyləncələr kralı”” adlı fotomaterialın dərc olunmasına qısa münasibət bildirib.

General-polkovnik V.Axundov publika.az-a açıqlamasında deyib: "Mənim və oğlum haqqında nə yazırlar yazsınlar. Mən heç vaxt bundan incimərəm. Bu cür yazılardan narahat deyiləm”.

Xatırladaq ki, sözügedən yazıda Vaqif Axundovun oğlu Murad Axundovun dəbdəbəli həyat tərzindən və bahalı ziyafətlərindən bəhs olunurdu.

Xəbərlər

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA