Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
30-01-2022 [00:01]
Qoç - çalışdığınız kollektiv, şirkət və ya qurumun daxili qaydalarını pozmayın. Başqalarından fərqlənmək cəhdləri rəhbərliklə yanaşı, həmkarlarınız tərəfindən xoş qarşılanmayacaq. Daha rasional, ənənəvi qaydada fəaliyyət göstərsəniz, bir çox problemlərin öhdəsindən nisbətən sürətlə gələ bilərsiniz.
Günün ikinci yarısı dostlarla görüş və potensial sifarişçi ilə danışıqlar üçün münasibdir. Fiziki işdə xeyir var. Amma özünüzü çox yormayın. Axşam saatlarını sakit ortamda keçirsəniz, qüvvənizi bərpa edərsiniz.
Buğa - yaxşı, harmonik gündür. Sədlərlə maneələri dəf edə bilərsiniz. Bəyəndiyiniz, sizə maraqlı təsir bağışlayan işə başlayın. Nəyə qadir olduğunuzu yanınızdakı insanlara göstərin. Gərəkli zamanda lazımi yerdə olmağı bacarın.
Günün ikinci yarısında yeni tərəfdaşlarla əsaslı danışıqlar aparılarsa, münasibətləriniz uzunmüddətli ola bilər.
Ailə həyatında situasiya sakit olmasa da, pis deyil. Stabillik arayın. Sevdiyiniz insanla mübahisə etməyin. Müxtəlif məsələlərlə bağlı fikirlərin səsləndiyi zaman səbrli olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - hissiyyatlarınıza toxunmaq asandır. İstənilən situasiyada təmkinli olun. Emosiyalara qapılmayın, təxribatlara uymayın. Qıcıqlı olsanız, yaxın ətrafınızdakı insanlarla aranızda motivi olmayan dartışmalar yarana bilər. İşlərdə uğur qazanmaq istəyirsinizsə, planlı hərəkət edin.
Günün ikinci yarısında yaşam arealınızda zəruri yeniliklər və dəyişikliklərə başlayın. Alış-verişdə bədxərclik etməyin, büdcə çərçivəsindən kənara çıxmayın.
Yaxınlarınızla təmaslarda ağrılı mövzulara toxunmayın. Əks təqdirdə münaqişə yarana bilər.
Xərçəng - uğurlu, yaxşı zamandır. Hadisələrin axarına azacıq da olsa, təsir imkanlarınız var. İşlərinizi yaxşı planlaşdırın, boşuna vaxt itirməyin. Yaxşı nəticələrə nail olmaq üçün səy göstərmək gərəkdir.
İnadınız və iradəniz sonucsuz qalmayacaq.
Günün ikinci yarısında yaxınlarınızla təmaslarda daha diqqətli olun. Ünsiyyətinizin harmoniyaya ehtiyacı var. Ailə üzvləriniz və yaxınlarınızla səmimi olun. Məişət qayğılarının əhəmiyyətli hissəsinin çözümünü öz üzərinizə götürün.
Şir - liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş olun, diqqətinizi konkret işə cəmləyin. Praqmat, soyuqqanlı olun. Ən xırda təfərrüatları diqqətdən qaçırmayın.
Günün ikinci yarısında maddi durumunuz pis olmayacaq. Əlavə gəlir mənbələri var. Münasibətlərin inkişafını istəyirsinizsə, emosional olmaq, qarşı tərəfin hisslərini anlamaq vacibdir. Axşam saatları aktiv istirahət üçündür.
Qız - bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün yaxşı zamandır. İmkanlarınızdan praktiki mənfəət əldə etməyə, dəyərli təcrübə əldə etməyə çalışın. Yardım təkliflərindən imtina etməyin.
Günün ikinci yarısında çətin vəziyyətə düşmüş yaxınınza və ya dostunuza kömək göstərin. Şəxsi münasibətlərdə anlaşılmazlıq, ünsiyyətdə çətinliklərlə qarşılaşa bilərsiniz. Səhhətinizə fikir verin.
Axşam saatlarına yaxın fəaliyyət tempini bir qədər aşağı salın.
Tərəzi - günün ilk yarısında fəaliyyətinizə mane olmağa çalışanlar peyda olarsa, dəstək üçün yaxın ətrafınızdakı insanlara müraciət edə bilərsiniz. Eqoizm və təşəxxüsdə ittihamlardan qorxmayaraq vaxtınızın çoxunu öz problemlərinizin həllinə ayırın. Belədə fəaliyyətiniz uğurlu olacaq.
Günün ikinci yarısında dostlar və yaxınlarla təmaslarda sərinlik yaradılmasına imkan verməyin. Yaxşı tanımadığınız insanlara inanmayın. Axşam saatlarında görüş üçün neytral ərazi seçin.
Əqrəb - işlərinizdə uğurlar qazanmaq üçün yetərincə şanslarınız var. Daha çevik, manevrli, dinamik olun. Ən çətin işlərin öhdəsindən gəlməyə meylli davranın. Yalnız öz maraqlarınızın təminatına aludə olmayın. Müxtəlif layihələrə başlayaraq onları yarımçıq qoymayın. Bir işi başa vurun, məntiqli nəticə əldə edin.
Günün ikinci yarısında ətrafınızda baş verənlərə diqqətlə yanaşın. Etibar etdiyiniz adamlardan dəstək və ya yardım ala bilərsiniz. Sevdiyiniz insanla təmaslarınızda sirr olmamalıdır.
Axşam saatlarını birgə istirahətə həsr edin.
Oxatan - günün ilk yarısında öz layihənizə başlaya bilərsiniz. İfrat nikbinliyə səbəb yoxdur. Çox böyük uğurlar əldə etmək mümkün deyil. Planları həyata keçirmək üçün ciddi çalışmalı, zəhmətkeş olmalısınız. Azla kifayətlənin, tamahkarlıq etməyin.
Günün ikinci yarısında işinizdə və karyeranızda yeni perspektivlər görünəcək.
Qarşılıqlı iradların sayının artması sizi təbdən çıxaracaq.
İdman və məşq emosiyalarınızın səbatlaşmasında yardımçınız ola bilər.
Oğlaq - adi günlərdən fərqli olaraq problemləri çözmək asan deyil. Ən kiçik uğursuzluq əhvalınızı korlaya bilər. Səbrli və təmkinli olun. Həyata praktik nəzər salın. Potensial tərəfdaşlarla danışıqlarda yaxın gələcəklə bağlı planları müzakirə etməyə dəyər.
Birgə fəaliyyət ən ağır problemin həllini mümkün edir.
Günün ikinci yarısında şəxsi münasibətlərdə durum yaxşı olacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyət faydalı, həm də xoş olacaq.
Axşam saatlarında qəfil görüş ola bilər.
Dolça - çətinliklər və problemlər sizi qorxutmasın. İşlərinizdə uğur qazanmaq istəyirsinizsə, qətiyyətli olmalısınız. Dürüst yoldasınız, narahat olmayın. Nikbin olun, yaxın ətrafınızdakı insanlara müsbət təsir edin.
Yeni, yaxşı yardımçılar və həmfikirlər tapa bilərsiniz.
Günün ikinci yarısında sevdiyiniz insana yardım edəndə özünüzü də yaxşı hiss edəcəksiniz. Emosiyalarınızı gizlətməyə heç bir lüzum yoxdur. Romantik anların qədrini bilin.
Axşam saatlarını ailə üzvləriniz və ya yaxınlarınızla keçirə bilərsiniz.
Balıqlar - işgüzar tərəfdaşlarla ünsiyyətdə çətinliklər yarana bilər. Detallara və təfərrüatlara fikir verin. Maraqlarınızı təmin etməyə çalışanda yaxın ətrafınızdakı insanların istəklərini qulaqardına vurmayın.
Başqalarının problemləri sizin peşəkar fəaliyyətlə bağlı planlarınızın reallaşmasına maneələr yaratmamalıdır.
Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla qayğıkeş davranın. Münaqişə yaratmayın. Əsəblərinizi gərməyin, hisslərinizin qurbanı olmayın.
Subaysınızsa, görüşə yollana bilərsiniz.
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib