Nazirlik xəbərdarlıq etdi - Qar yağacaq

img

11-03-2014 [13:11]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 12-sindən hava şəraiti pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq 14-ü gündüzədək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Temperatur ötən günlə müqayisədə 5-9 dərəcə aşağı enəcək.

Martın 12-si axşamdan 13-ü gündüzədək güclü şimal-qərb küləyi əsəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA