Martın 16-da "Sumqayıt fotolarda" sərgisi keçiriləcək

img

11-03-2014 [11:23]


Azərbaycan Prezidenti yanında Gənclər Fondununun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində "Sumqayıt fotolarda” adlı layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasiminə layihədə iştirak edəcək gənc fotoqraflar qatılıb.

Layihənin rəhbəri Aysel Abdullazadə çıxış edərək bildirib ki, Sumqayıt təkcə tarixi yox həm də turizm mərkəzi kimi tanınıb: "Ancaq onu da qeyd edək ki, şəhərimizin görməli yerlərinin fotoları sərgilənməyib”

A.Abdullazadə söyləyib ki, layihənin əsas məqsədi tarixi abidələrin təbliği, turizm zonasının inkişafı və gəncləri foto sənətinə maraqlandırmaqdır. Layihə rəhbəri həyata keçiriləcək işlər çərçivəsində təbliğat materiallarının da çap edildiyini vurğulayıb.

O, martın 16-da "Sumqayıt fotolarda" layihəsi çərçivəsində sərginin keçiriləcəyini də sözlərinə əlavə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA