Təhsil Nazirliyi dərsliklər üçün tender elan edib

img

11-03-2014 [11:06]


Təhsil Nazirliyi növbəti tədris ilində orta məktəb dərsliklərinin tərtibatında olacaq dəyişikliklər, yeniliklər barədə məlumat verib. Modern.az-ın suallarını cavablandıran nazirlik dəsrliklərin yeni redaktədə çap olunacağını bildirib: "Orta məktəb dərsliklərinin tərtibatını həmin dərslikləri hazırlayan nəşriyyat-poliqrafiya müəssisələri və onların bu işə cəlb etdikləri müəllif heyəti həyata keçirir.

Növbəti tədris ilinə VII və VIII sinif dərsliklərinin hazırlanması üçün tender elanı verilib. VIII siniflər üçün hazırlanacaq dərsliklər sınaq üçün pilot məktəblərə veriləcək və istifadəsinə 2015-2016-cı tədris ilindən başlanılacaq.II və III sinif dərslikləri TQDK-nın monitorinqi və digər rəylər nəzərə alınmaqla yenidən işlənilərək çap olunacaq.I, V, IX, X və XI sinif dərsliklərinin də yeni redaktədə və müəyyən faizlə çap olunaraq məktəblərimizə çatdırılacağı gözlənilir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA