“Gənclik” stansiyasında dükanlar BAĞLANIR:Satıcılar etiraz edir

img

11-03-2014 [10:59]


Bu gün səhərdən başlayaraq Bakı Metropoliteninin "Gənclik” stansiyasınının keçidlərindəki ticarət köşklərinin fəaliyyəti dayandırılır. Modern.az saytı bildirir ki, buradakı dükanların sahiblərinə təcili işi dayandırmaq barədə xəbərdarlıq olunub. Satıcıların verdiyi məlumata görə, onlara malların toplanması üçün 1 saat vaxt verilib. Ticarətçilər baş verənlərin səbəbini bilmədiklərini deyiblər.
Satıcılar deyiblər ki, ötən ilin sonlarında yeni dükanların quraşdırılması üçün onlardan xeyli pul alınıb, indi isə bağlatdırırlar.
Bakı Metripolitenindən məsləyə münasibət öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA