Ramil Usubovdan məmur övladları ilə bağlı məxfi tapşırıq

img

11-03-2014 [10:58]


Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov nazirliyin idarə rəisləri ilə məxfi görüş keçirib.

O, vəzifəli şəxslərə övladlarına ciddi nəzarət etmək, ən əsası isə bahalı avtomobillərdən istifadə etməməyə dair ciddi tapşırıq verib. Ramil Usubov bildirib ki, son vaxtlar bəzi yüksək vəzifəli şəxslərin övladlarının sərvətləri, qiymətli əşyaları, avtomobilləri ilə bağlı bir-birinin ardınca yayılan məlumatlar ciddi müzakirələrə səbəb olur. Nazir bütün bunlardan nəticə çıxararaq, maksimum ehtiyatlı olmalarını, müzakirə mənbəyinə çevrilməmələrini tövsiyə edib.

Nazir həmçinin, nazirlik əməkdaşlarına da bahalı avtomobillərdən istifadə etməməyi tapşırıb. Nazir deyib ki, maksimum "Toyota-Prado” avtomobilindən istifadə olunsun.

Aznews.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA