Xalq artisti: "Pis kişiyə qadın corab geyindirməz"

img

26-01-2022 [16:57]


"Bu, qadının kişiyə heyranlığıdır. Bunun içində hörmət, sevgi var. Bunu kişi haqq etməlidir. Pis kişiyə qadın corab geyindirməz".

Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "Elgizlə izlə" proqramında deyib. Aktrisa verilişdə Əməkdar artist Rəhman Rəhmanovun corablarını həyat yoldaşının geyindirməsi müzakirəsinə fikir bildirib.

Allahverdiyeva qeyd edib ki, qadının kişiyə corab, ayaqqabı geyindirməsini müsbət qarşılayır:

"Nə olar ki? Mənim üçün eyib deyil, nə olar ki, kişinin corabını geyindirsən? Mənim xoşum gəlir. Əgər ərim ona layiqdirsə, geyindirərəm. Qadın bunu etməyi özü istəyir. Məncə bu hörmətsizlik deyil. Layiq olsa, nəyinki corabını, ayaqqabısını da geyindirərəm. Kişi də bunu edib, görmüşəm.

Azərbaycanda kişi aktyorlar xoşbəxtdirlər. Qadınlar isə deyil. Bir çox aktyorların xanımları onların üstündə əsir. Allahverdiyev Yolçuyev elədir. Bizimkilər isə göz verib işıq vermir".

Qeyd edək ki, N.Allahverdiyeva ikinci həyat yoldaşından ayrıldığını açıqlayıb/Axsam.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR