10-03-2014 [16:46]
QMİ-nin saytında verilən xəbərə görə, Abu-Dabi şəhərində keçirilən "Müsəlman cəmiyyətlərində sülhün təmini" mövzusunda beynəlxalq konfransında çıxışı zamanı A.Paşazadə qeyd edib ki, qloballaşma şəraitində İslama qarşı artan hücum və haqsız ittihamlar, dini səviyyədə qarşıdurma yaratmaq, dindən şəxsi məqsədlər üçün istifadə cəhdləri fonunda sülh və ədalətin bərqərarı üçün bütün İslam ümmətinin bir araya gəlməsi zəruridir: "İslam sülh dinidir. Sülh İslamın cövhərindədir. Bu gün sülhə çağırış Abu-Dabidən - mötəbər tədbirimizdən səslənir. Dünyamızın çağdaş durumunda iqtisadi, siyasi, mənəvi sahələrdə yaşanan çoxsaylı problemlər fonunda sülhün təmini olduqca mühümdür. Əminəm ki, inşallah, müsəlman ümməti böyük sınaqların öhdəsindən layiqincə gələcək, məmləkətlərimizdə və ümumən İslam dünyasında sülh və istiqrar bərqərar olacaqdır".
A.Paşazadə vurğulayıb ki, İslam dünyada ümümi sülhün bərqərar olması baxımından əhəmiyyət kəsb edən sivilizasiyalararası dialoq və multikulturalizmə böyük önəm verir: "İslam özgə mədəniyyətlərlə səmərəli qarşılıqlı dialoq yaratmaq ənənələrinə malik bir dindir. Hər zaman olduğu kimi, bu gün də sülh, İslami birlik və İslam həmrəyliyi məsələsi olduqca vacibdir. Ümmətdaxili ixtilaflar nəticəsində İraqda, habelə Əfqanıstan, Livan, Suriya və Fələstində illərdən bəri qırğınlar davam edir ki, nəticədə müsəlman ümməti əziyyət çəkir və bu faciəli hadisələr bizi hədsiz narahat edir".
A.Paşazadə erməni təcavüzündən də danışıb: "Təmsil etdiyim Azərbaycanın müsəlmanları da erməni ekstremistlərinin təcavüzünə məruz qalmış, ölkə ərazisinin 20 faizi, əzəli torpağımız olan Qarabağ işğal olunmuş və azərbaycanlılara qarşı təcavüz, o cümlədən, Xocalı şəhərində soyqırımı törədilmişdir. Ölkəmiz təcavüzə məruz qaldığı dövrdə qardaş müsəlman ölkələri, bəzi beynəlxalq islam təşkilatları bizimlə həmrəylik nümayiş etdirmiş və haqq işimizi müdafiə etmişlər. Azərbaycan xalqı dövlətimizin ərazi bütövlüyünü tanıyan, Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində bizlərə dəstək nümayiş etdirən qardaşlarımızın səylərini təqdir edir və buna görə dərin minnətdarlığını bildirir".
A.Paşazadə qeyd edib ki, Azərbaycanın misalında bu sahədə anlaşma və birlik hökm sürür: "Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olub. Allaha çox şükürlər olsun ki, dini-mənəvi dəyərlərə diqqət və qayğı istiqamətində bu siyasət möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Uca və Qadir Allahdan arzu edərdim ki, belə ənənəni, sülh və əmin-amanlığı bütün islam cəmiyyətlərində bərqərar etsin! Amin!"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi