"Sovetski" sakinləri növbəti dəfə etiraz aksiyası keçirib - FOTOLAR

img

09-03-2014 [22:48]


Bu gün "Sovetski" sakinləri növbəti dəfə etiraz aksiyası keçiriblər. Aksiyaya səbəb köçürülmə ilə bağlı onlara təklf olunan pulun miqdarının aşağı olmasıdır.

Bizimyol.info xəbər verir ki, aksiya həmişəki kimi, 173 nömrəli məktəbin qarşısına təyin olunmuşdu.

Lakin əraziyə cəlb olunmuş çoxsaylı polis əməkdaşları sakinlərin məktəbin həyətinə toplaşmasına imkan vermədilər. Aksiya ara məhlələrdə davam edib.

Aksiya başlar başlamaz 1 nəfər saxlanılıb. Lakin polis saxlanılan şəxsin aksiya ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Sakinlər mətbuata açıqlamalarında bir daha bildiriblər ki, onlar təklif olunan pula razı deyillər və ümumiyyətlə köçmək istəmirlər.

Ara məhlələrə mülki geyimli polislər gəlsə də heç bir qarşıdurma yaşanmayıb.

Mətbuata açıqlama verən sakinlər dağılıblar.










Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA