Azərbaycanda iki partiya birləşdi: yeni sədr seçilib

img

24-01-2022 [12:39]


Azərbaycanda iki partiya birləşib.

Mia.az xəbər verir ki, 22 yanvar 2022 il tarixində Dirçəliş və Tərəqqi Partiyasının onlayn qaydada qurultayı keçirilib.

Qurultayda partiyanın yeni sədrin seçilməsi, nizamnamədə dəyişiklik və partiyanın adının dəyişdirilməsi muzakirə olunub, səsə qoyulub.

Birləşmiş partiyanın sədri Ramil Hüseynov seçilib. Nizamnamədə dəyişikliklər qəbul olunub və partiyanın adının dəyişdirilməsi ilə bağlı məsələdə səsə qoyulub və qəbul olunub. Ümumilikdə qurultay müvəffəqiyyətlə işini bitirib, seçkili orqanlara numayəndələr və Mərkəzi İdarəetmə Qurumu seçilib.

Bundan sonra 1992 ci ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası ilə Yeni Yol Partiyası birləşib bir adla fəaliyyət göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR